1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT Şəkidə yerli iştirakla bağlı bacarıqların artırılması təlimi keçirib

PDF faylını al Çap E-poçt

Posted on 16 Noyabr 2012

 

 

İdarəetmədə vətəndaş iştirakının gücləndirilməsi naminə təşkilatlanmanın vacib elementləri olan hədəf və məqsədlərin, fəaliyyət istiqamətlərinin, missiya bəyannaməsinin, idarəetmə strukturu, fəaliyyət planı barədə təlim iştirakçıları təlimatlandırılıblar və bununla bağlı qrup işləri həyata keçirilib.

 

Təlimin ikinci hissəsində  yerli idarəetmədə vətəndaş iştirakı üzrə fəaliyyət formaları – informasiya sorğusunun hazırlanması, ərizə, şikayət, təklif, deputata müraciət etmək, imzatoplama kampaniyasının keçirilmə qaydası, birləşmək hüququndan istifadə, könüllülük, ictimai vəkillik kampaniyasının aparılması üsulları, ictimai dinləmələr, hərəkətli və hərəkətsiz aksiyalar, ictimai məlumatlandırma barədə məlumat verilib.  Nəzəri biliklərdən sonra iştirakçılar fəaliyyət formalarına müvafiq olaraq tapşırıqlar həyata keçiriblər: belə ki onlar aidiyyatı yerli özünü idarəetmə orqanına informasiya sorğusu, ərizə, şikayət, millət vəkilinə müraciət hazırlayıblar.

 

Sessiyanın davamı olaraq iştirakçılar aparılacaq fəaliyyətdə ictimai dəstəyin qazanılması üçün vacib olan elementlər haqqında  təlimatlandırılıblar.  İnsanların etibarını qazanmaq və daha çox insan resursunu fəaliyyətə cəlb etmək üçün fəaliyyətdə şəffaflığın olması, həyata keçirilən fəaliyyətlərin daha geniş auditoriyaya çatdırılması üçün çap materialları, elektron məlumatlandırma və elektron abunə, uğurlu nəticəyə nail olmaq üçün dəqiq hədəf qrupu və auditoriyanın seçilməsi barədə iştirakçılara məlumat verilib. Həmçinin, problemin ictimailəşdirilməsi, ümumilikdə fəaliyyətin uğurla nəticələnməsində əsas vasitələrdən olan xalq jurnalistikası, sosial mediadanın gücü və üsulları barəsində də iştirakçılar təlimatlandırılıblar.

 

Sonda yerli idarəetmə üzrə Vətəndaş Şurasının yaradılması üçün layihə çərcivəsində yaranan yerli komitə və digər fəal vətəndaşlar olmaqla 8 nəfərdən ibarət Təşəbbüs qrupu yaradılıb. Gələcəkdə yaradılmış təşəbbüs qrupuna təşkilati quruculuq, idarəetmə, layihə yazılışı və digər istiqamətlərdə bilik və bacarıqların artırılması üçün təlimlərin keçirilməsi planlaşdırılır.

 

SMDT Media və İctimaiyyətlə Əlaqələr Departamenti

Limon Tour World Guide Tranzito