1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

“Parlament seçkilərinə hazırlıq” mövzusunda “Vətəndaş forumu”

PDF faylını al Çap E-poçt

Posted on 10 Avqust 2010

 

 

7 avqustda Mingəçevir şəhərində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi “Parlament seçkilərinə hazırlıq” mövzusunda Vətəndaş forumu keçirib. Forumu açan SMDT-nin Mingəçevir bölgə koordinatoru Ehtiram MuradlıSMDT-nin təsis olunması, fəaliyyəti, məqsəd və missiyası barədə forum iştirakçılarına məlumat verib.

SMDT-nin sədri Anar Məmmədli ilk öncə təşkilatın üstünə düşən vəzifələrdən danışıb və son dövrlərdə siyasi-ictimai mühit haqqında fikirlərini bildirib: “Ölkəmizdə getdikcə QHT-lərin fəaliyyət göstərməsi üçün şərait ağırlaşır. Demokratik ölkədə siyasi partiyalar da, vətəndaş cəmiyyəti də güclü olur, insanların iradəsi ilə azad seçkilər keçirilir.” Həmçinin təşkilat sədri SMDT-nin qarşılaşdıqları problemlər haqqında danışıb: “Hazırda təşkilatımızın qeydiyyatı yoxdur. 2008-ci ildə qeydiyyatı ləğv olundu və biz yeni adla fəaliyyətimizi davam etdirdik. Hazırda qeydiyyatımızın ləğv olunması və yeni təşkilatın qeydiyyata alınmaması ilə bağlı məhkəmələrdə şikayətlərimizə baxılır.”

Daha sonra müşahidəçiliyin əhəmiyyətdən danışan Anar Məmmədli alternativ rəyin formalaşması üçün müşahidəçiliyin aparılmasının vacibliyini vurğulayıb: “Saxtakarlıqların ortaya çıxması üçün vətəndaş nəzarəti təşkil etmək lazımdır. Bunun da bir forması müşahidəçilik fəaliyyətidir. İndiyə qədərki hadisələrdən belə demək olar ki, seçkilər demokratik keçirilməyəcək. Nə siyasi, nə söz, nə də toplaşma azadlığı təmin olunub. Ölkədə insan haqqlarının vəziyyəti acınacaqlı vəziyyətdədir. Amma bu o demək deyil ki, seçkilər tam olaraq əldən çıxıb. İstənilən halda seçkilərdə iştirak etmək lazımdır. Biz nikbin deyilik, amma monitorinq aparılacaq. Proses başlayandan sonra siyasi-dinamizmin bərpa olunacağını gözləyirik.”

AXCP Ali Məclisinin üzvü Qadir Xudabaxşıyev 2005-ci ildən qərərgahlarının olmamasını, seçkilərin bərabər şəraitdə keçiriləcəyi təqdirdə insanların kimə səs verəcəklərinin əvvəldən məlum olduğunu, gənclərin proseslərə aktiv qoşulmalarının vacib olduğunu bildirib: “Eminlə Adnan bu gənclərə misal olmalıdırlar. Gənclər önə çıxmalıdırlar, mübarizədə yeni simalar görünməlidir.”

VİP nümayəndəsi Natiq Hüseynov insanların siyasi-ictimai proseslərə laqeyd olduqlarını bildirib: “Vətəndaşlar bilməlidirlər ki, bu gün problem varsa, o həll olunmalıdır, onu gələcək nəsillərə saxlamaq yalnışlıqdır. Azərbaycanda cəmiyyət, insanlar inkişaf etməkdənsə türmələr, çayxanalar, xəstəxanalar inkişaf edir, genişlənir. İnsanlar azadlıqlardan ötrü ölməyə, döyülməyə, həbs olunmağa hazır olmalıdırlar. Beynəlxalq təşkilatlara da öz sözümüzü deməliyik. Gəlib burda kabab yeyib, bəyənat yayıb bizi aldadıb çıxıb gedirlər.” –deyə partiya nümayəndəsi əlavə edib.

SMDT Media və İctimai Əlaqələr Departamenti

Limon Tour World Guide Tranzito