1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ikinci aralıq hesabatını açıqlayıb

PDF faylını al Çap E-poçt

Posted on 01 Noyabr 2010

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçki kampaniyasının gedişi ilə bağlı ikinci aralıq hesabatını açıqlayıb.

16-26 oktyabr aralığını əhatə edən hesabatda 7 noyabr parlament seçkisinə qatılan namizədlərin, özəlliklə müxalif qeydiyyatından imtina olunması tənqid edilir: “MSK namizədliyin qeydiyyata alınmasından imtina olunması ilə bağlı 224 şikayətə baxıb və onlardan 42-si təmin olunub. Bakı Apellyasiya Məhkəməsi 50-dən çox şikayətə baxıb və onların heç birini təmin etməyib.

Missiya seçicilərin bu və ya digər namizədə verdiyi imzalardan imtina etmələrindən ötrü qorxudulması və onlara, həmçinin namizədlərə, onların qohumlarına və nümayəndələrinə birbaşa təzyiqlərin göstərilməsi barədə məlumatlar alıb. İcra hakimiyyəti işçilərinin seçicilərə təzyiq göstərilməsi və onların qorxudulması seçki komissiyalarının müstəqilliyini şübhə altına alır”.

“Turan”ın məlumatına görə, hesabatda qeyd olunur ki, KİV hakimiyyətin fəaliyyətinə geniş yer verir, müxalifət namizədlərinin işıqlandırılması isə məhdudlaşdırılıb: AzTV-nin televiziya reportajlarında hakimiyyətin fəaliyyəti yalnız müsbət tərəfdən işıqlandırılır, müxalifət isə yalnız mənfi tərəfdən yada salınır. Müxalifət liderləri Dağlıq Qarabağı Ermənistana verməyə hazır olan satqınlar kimi təsvir olunur.

Hakimiyyət açıq havada namizədlərin seçicilərlə görüşü üçün kifayət qədər yer ayırmayıb. AXCP-Müsavat blokunun oktyabrın 17-də mitinq keçirməsinə icazə verilməyib”.

Limon Tour World Guide Tranzito