1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT Ikinci Aralıq Hesabatı təqdim edib

PDF faylını al Çap E-poçt

Posted on 04 Noyabr 2010

 


Noyabrın 4-də, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 7 Noyabr 2010-cu ildə keçiriləcək Parlament Seçkilərinin ikinci mərhələsi - seçkiqabağı təbliğat-təşviqat kampaniyasına dair İkinci Aralıq Hesabatı təqdim edib.  Hesabatda təəssüflə qeyd olunur ki, ölkədə parlament seçkilərinin ikinci mərhələsi – seçkiqabağı  təşviqat dövründə ölkədə siyasi mühitin demokratikləşməsi, sərbəst toplaşmaq azadlığı, siyasi fəaliyyət imkanları, söz və mətbuat azadlığı sahəsində nailiyyətlər baş verməyib.

SMDT narahatlıqla qeyd edir ki, 7 noyabr 2010-cu il parlament seçkilərinin ikinci mərhələsində siyasi fəallıq, seçkiqabağı siyasi müzakirələr və seçkilərə ictimai maraq 2005-ci ildə keçirilmiş parlament seçkiləri ilə müqayisədə xeyli aşağı olub. Ölkədə fəaliyyət göstərən televiziyaların heç birində qarşıduran siyasi partiyalar və onların liderləri arasında seçki platformalarının ictimaiyyətə təqdimatı, habelə yerli və milli səviyyəli problemlərin müzakirəsi baş verməyib. Bununla da milli televiziyalar ölkədə alternativ siyasi baxışların yayılması və siyasi plüralizmin təmin olunması ilə bağlı ictimai ehtiyacları təmin etməyiblər.

Hazırkı hesabat SMDT-nin seçkiqabağı təşviqat mərhələsi (15 oktyabr – 3 noyabr, 2010-cu il) üzrə Uzunmüddətli müşahidələrin nəticələri əsasında hazırlanıb. Bu mərhələdə SMDT 112 seçki dairəsində və milli səviyyədə seçkiqabağı təşviqat prosesinin təşkili, seçki komissiyalarının fəaliyyəti, namizədlərin seçkiqabağı təşviqat kampaniyalarını müşahidə edib. Müşahidə üzrə məlumatlar zərurət yarandıqda seçki komissiyalarının üzvləri, seçicilər, namizədlər və ya onların nümayəndələri ilə dəqiqləşdirilib.

SMDT hesab edir ki, 7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkiləri dəyərləndirilərkən, seçki prosesinin bütün mərhələləri – seçkiqabağı siyasi mühit, qanunvericiliyin vəziyyəti, seçkidə sərbəst iştirak imkanları, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqatın təşkili, səsvermə və səslərin hesablanması üzrə ayrıca qiymətləndirmə aparılmalı və bu zaman Azərbaycan Respublikasının azad və ədalətli seçkilərin keçirilməsinə dair beynəlxalq öhdəliklərinə istinad olunmalıdır.

SMDT Azərbaycan Respublikasında 7 noyabr 2010-ci il parlament seçkilərinin uzunmüddətli müşahidəsinin birinci mərhələsi– namizədlərin irəli sürülməsi və qeydiyyatı (8 sentyabr – 14 oktyabr 2010-cu il) prosesi üzrə Aralıq Hesabatını 18 oktyabr 2010-cu ildə yayıb.

İkinci Aralıq Hesabatla burada tanış ola bilərsiz.
Limon Tour World Guide Tranzito