1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT Seçki Gününə dair ilk məlumatları açıqlayıb

PDF faylını al Çap E-poçt

Posted on 07 Noyabr 2010

SMDT ilə əməkdaşlıq edən müşahidəçilər 7 noyabr 2010-cu il parlament seçkilərinin ölkənin 125 seçki dairəsi üzrə Statistikaya Əsaslanmış Müşahidə (SƏM) metodologiyası əsasında monitorinqini həyata keçirir. SƏM metodu ölkə üzrə seçki məntəqələrinin milli təmsilçiliyini əsas götürməklə seçki günü keçirilən prosesin hüquqi keyfiyyətini dəqiq və operativ öyrənməyə imkan verir.

Müşahidəçilər saat 12.00-dək 1000-dən artıq seçki məntəqəsindən seçki məntəqlərinin təşkili və seçki prosesinin başlamasına dair hesabatlar veriblər. SMDT təəssüflə qeyd edir ki, 2 seçki dairəsində - 51 saylı Qusar və 52 saylı Quba seçki dairələrində seçki prosesini izləmək üçün hazırlanmış müşahidəçilərə müxtəlif təzyiqlər edilmiş, nəticədə 19 nəfər müşahidəçi seçki məntəqələrinə yerləşməkdən çəkiniblər. Eyni hallar 3 saylı Babək-Kəngərli-Naxçıvan, 4 saylı Naxçıvan şəhər, 31 saylı Suraxanı ikinci,103 saylı Gədəbəy seçki dairələrində də baş verib.

Bu hallarla bağlı məlumatlar:

a) 4 saylı Naxçıvan şəhər seçki dairəsi ərazisində müşahidə aparmaq üçün MSK-dan qeydiyyatdan keçən Ceyhun Rəhimova təhsil aldığı Naxçıvan Dövlət Universitetinin rəhbərliyi təzyiqlər edərək, onu universitetdən xaric olunacağı ilə hədələyiblər. Bu seçki dairəsində müşahidəçilərə birbaşa və onların ailə üzvlərinə olunan zənglər nəticəsində 6 nəfər müşahidəçi seçki məntəqəsinə getməyib.

b) 103 saylı Gədəbəy seçki dairəsinin 26 saylı məntəqəsində müşahidəçi seçki məntəqəsinə buraxılmayıb.

c) 75 saylı Lənkəran-Masallı seçki dairəsinin 39-cu məntəqəsinin dairə komissiyasının katibi İlqar Məmmədov müşahidəçi Togrul Ələkbərova zəng edərək onu monitorinqi dayandırmağa təhrik edib.

d) 31 saylı Suraxanı ikinci seçki dairəsinin 13 saylı seçki məntəqəsində müşahidə aparan Elçin Həsənov 33 saylı polis bölməsinə aparılıb. Məntəqə açıldıqdan bir qədər sonra komissiya sədri heç bir əsas göstərmədən polis işçisini məntəqəyə dəvət edərək, müşahidəçini məntəqədən kənarlaşdırıb. Ancaq 1 saata yaxın bölmədə saxlanılan müşahidəçi sərbəst buraxılıb və müşahidəni davam etdirib.

e) 107 saylı Qazax seçki dairəsinin 17 və 19 saylı seçki məntəqələrində müşahidəçi olan Xəyalə Mirzəliyeva və Laura Hüseynova həmin seçki məntəqələrinə buraxılmayıblar. Müşahidəçilər SMDT-yə bildiriblər ki, yerli icra nümayəndəsi, bələdiyyə sədri və yerli məktəb direktoru müşahidəçilərin ailələrinə təzyiq edərək onları məntəqəyə getməkdən imtina eləməyə məcbur ediblər.

Müşahidəçilərin verdiyi məlumatlara görə, ölkə üzrə seçki məntəqələrinin 95 faizi saat 7.00-dən etibarən səsvermə prosesinə hazırlıq üçün fəaliyyətə başlayıb. Ancaq səsverməli olan seçicilərin sayı seçki məntəqələrinin 8 faizində elan edilməyib. Məntəqə Seçki Komissiyaları sədrləri seçki məntəqələrinin 16 faizində daşınan seçki qutularında səsvermə üçün ərizələrin sayını elan etməyib.

SMDT onunla əməkdaşlıq edən müşahidəçilərə və müşahidəçilərə qanuni şəraiti təmin edən seçki komissiyaları üzvlərinə təşəkkür edir.

Növbəti Press Relizi saat 19.00-da yayılacaq.
Limon Tour World Guide Tranzito