1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT “Siyasi partiyalar haqqında” qanun layihəsinə dair rəyini açıqlayıb

PDF faylını al Çap E-poçt

Posted on 06 Dekabr 2011

 

SMDT  “Siyasi partiyalar haqqında” qanun layihəsinə dair rəyini açıqlayıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycan Respublikası Milli Məclisində müzakirəsi nəzərdə tutulan “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsini araşdıraraq, bu sənəd üzərində dəyərləndirmə aparıb.

Xatırladaq ki, “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi 2011-ci ilin iyul ayında Azərbaycan Respublikası Prezident Administrasiyasının təşəbbüsü ilə Avropa Şurasının Venesiya Komissiyasına təqdim edilib. 2011-ci ilin  oktyabrında sözügedən  qanun layihəsinə düzəlişlər edilməsi ilə bağlı Avropa Şurasının Venesiya Komissiyasının (AŞVK) ekspertləri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında işçi görüş keçirilib.

SMDT təəsüflə bilidiri ki, adıçəkilən sənəd AŞVK-ya təqdim olunduğu halda indiyədək ölkə ictimaiyyətinə, habelə parlament üzvləri və siyasi partiyalara açıqlanmayıb, bununla bağlı ictimai müzakirələr keçirlməyib.

Qeyd edək ki, Azərbaycanda hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanun  3 iyun 1992-ci ildə qəbul edilib.  Ötən 19 il ərzində ölkədə Konstitusiya qəbul olunub və Konstitusiyaya dəyişikliklər üzrə 2 dəfə referendum keçirilib, siyasi münasibətləri tənzimləyən müxtəlif qanunlar qüvvəyə minib. Eyni zamanda ölkədə siyasi proseslərlə bağlı dəyişikliklər baş verərək, bu qanuna əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranıb.

Rəylə burdan tanış ola bilərsiniz.

Limon Tour World Guide Tranzito