1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin Sumqayıt şəhərində Ümid və Xalq Cəbhəsi partiyalarına edilmiş təzyiqlərlə bağlı bəyənat verib

PDF faylını al Çap E-poçt

Posted on 23 Yanvar 2012

Bəyanatda SMDT Ümid partiyasının Sumqayıt şəhər təşkilatının yerləşdiyi ofisdən zorla çıxarılmasını pisləyir və bu hadisəni Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan birləşmək və bərabərlik hüquqlarının, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərdə tutulan yığıncaqlar və birləşmək azadlığı və ayrı-seçkiliyin qadağan olunması hüquqlarının pozulması kimi qiymətləndirir.

 

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası 15 yanvar 2012-ci ildə Ümid partiyasının Sumqayıt şəhər təşkilatının ofisində partiya fəalları ilə görüşü  keçirilib. Həmin hadisədən sonra görüşdə iştirak edən AXCP fəallarını polis saxlamış, yanvarın 17-də isə Sumqayıt şəhər təşkilatının fəaliyyət göstərmək üçün  icarəyə götürdüyü obyektin mülkiyyətçisi partiyanın yerli təşkilatından ofisi təcili şəkildə boşaltmağı tələb etmişdir.

 

SMDT yuxarıda sözügedən hər iki hadisəni siyasi fəaliyyəti qanunvericiliyə zidd olaraq məhdudlaşdırmaq kimi dəyərləndirir və Azərbaycan hökumətini bütün siyasi partiyaların bərabər fəaliyyət göstərməsi üçün şərait yaratmağa və siyasi fəaliyyətə qanunsuz müdaxilərlərə yol verməməyə çağırır.

Limon Tour World Guide Tranzito