1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

Seçkilrəin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Bölgələrdə sorğu keçirir

PDF faylını al Çap E-poçt

Posted on 27 Aprel 2012

Sorğu  Avropa İttifaqının dəstəyi ilə “Vətəndaş iştirakı və seçkili orqanların hesabatlılığını artırılması” layihəsi  çərçivəsində Azərbaycanın 10 bölgəsində -Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Şəki, Mingəçevir, Sabirabad, Beyləqan, Göyçay və Qubada həyata keçiriləcək. Sorğunun keçirilməsində məqsəd  vətəndaşların dövlət idarəçiliyində iştirakını öyrənməkdir.  Sorğunun nəticələri əsasında həmin bölgələrdə 20 dəfə İctimai Müzakirələr keçiriləcək. Müzakirələr ərəfəsində  sorğunun nəticələri də  müzakirə ediləcək. Daha sonra  iştirakçılar üçün dövlət idarəçiliyində iştiraka dair toplu nəşr ediləcək, sonrakı mərhələdə həmin mövzuda  vətəndaşların bilik və bacarıqlarını artırmaq üçün seminarlar keçiriləcək.  İştirakçılar arasıdan seçki yolu ilə Yerli Məsləhət Şuraları yaradılacaq, onlara yerli problemlərin həlli ilə bağlı təlimlər keçiriləcək, Şuraların fəalları arasından isə parlament Vətəndaş əlaqələrinə dair İctimai Şura yaradılacaq. Bundan başqa, ictimai vəkillik kampaniyası aparılacaq və radio müzakirələr, debatlar təşkil ediləcək.

SMDT aprel ayından etibarən 125 seçki dairəsi üzrə  təsadüfi yolla seçilmiş 150 seçki məntəqəsində 1200 respondent arasında ölkəmizdə səsvermə hüququ olan vətəndaşların seçkili hakimiyyət orqanlarının formalaşması və fəaliyyətində iştirak səviyyəsini öyrənmək, Azərbaycanda vətəndaşların ictimai təşəbbüs göstərmə bacarıqlarının inkişafına yardım etmək məqsədilə anket sorğusu həyata keçirir.  Anket Sorğusu nəticəsində əldə olunan məlumatlar ümumiləşdirərək təhlil ediləcək, nəticələr Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin inkişafı istiqamətində təkliflərin hazırlanmasına yönələcək.

Sorğuya 20 yaşı tamam olmuş, ümumi sayı 1200 nəfər olmaqla Azərbaycan Respublikası vətəndaşları cəlb olunacaqlar. İştirakçılarn 50%-nin qadın olması təmin ediləcək. Sorğu SPSS proqramı vasitəsilə analiz ediləcək. Nəticələr may ayının sonlarında SMDT tərəfindən ictimaiyyətə açıqlanacaq. Qeyd edək ki, sorğunun keçirilmə metodologiyası peşəkar sorğu standartlarına uyğundur və vətəndaşlara verilən suallar yerli və xarici ekspertlər, sosioloqlar tərəfindən müəyyənləşdirilib. Sorğunun təşkili metodologiyası ABŞ-ın Milli Demokratiya İnstitutu  SMDT-yə böyük dəstəyilə hazırlanıb.

Limon Tour World Guide Tranzito