1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT bölgələrdə vətəndaş iştirakı ilə bağlı forumlar keçirir

PDF faylını al Çap E-poçt

Posted on 12 İyul 2012

İyulun 10 və 11-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş  İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində Göyçay və Şəkidə Vətəndaş Forumu keçirib. Forumlarda  QHT, siyasi partiya və Həmkarlar İttifaqları, KİV nümayəndələri, bələdiyyə üzvləri,  gənclər, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər. Forumlar zamanı əsasən 3 mövzu- vətəndaş iştirakı ilə bağlı hüquqi qaydalar, vətəndaşlar və seçkili hakimiyyət orqanları arasında əlaqələr, yerli səviyyəli məsələlər üzrə qərar qəbulu prosesində şəffaflıq barədə müzakirələr aparılıb.

 

SMDT-nin hüquqşünası Asima Nəsirli vətəndaş iştirakı ilə bağlı hüquqi qaydalar, Azərbaycan Respublikasının Konstitusiyası, “Deputatın statusu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunlar və “Bələdiyyələrin məhəlli Komitələri haqqında Nümunəvi” Əsasnamədə nəzərdə tutulan müddəalar barədə məlumat verib. Həmçinin yerli idarəetməni təşkil edən orqanlar tərəfindən vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin etmək vəzifələri və bu yerli səviyyəli məsələlər üzrə qərar qəbulu  prosesində  şəffaflıq, yerli idarəetməni həyata keçirən orqanların qəbul etdiyi qərarlar barədə vətəndaşlar və yerli icmaların məlumatlılığı barədə məlumat verib.

Həm Göyçay, həm də Şəkidə keçirilən Forumlarda “Yerli İcra Hakimiyyətlərinin idarəetmədə şəffaflığı” mövzusunda məruzə etmək üçün yerli icra hakimiyyətlərinə dəvət göndərilsə də, iştirakdan imtina ediblər. Göyçayda forum keçirilən gün icra hakimiyyətinin qeyri-rəsmi tapşırığı əsasında iaşə obyekti yer verməkdən imtina edib. SMDT nümayəndələri forumu alternativ yerdə keçirməyə nail olublar. Şəkidə Forumun keçirildiyi “Məkan” istirahət kompleksinə yerli icra hakimiyyəti tərəfindən təzyiq edilib və guya forumun təxirə salındığını bildiriblər. Forum keçirilən saatlarda isə polislər gələrək tədbiri dayandırmağı tələb edib. Ancaq SMDT-nin hüquqşünası Asima Nəsirli polislərlə danışaraq, tədbirin qanuni olduğunu onlara  izah edib.

 

SMDT yerli icra hakimiyyətlərinin QHT-lərin tədbirinin keçirilməsinə problemlər yaradıldığından təəssüfləndiyini bildirir və belə münasibətlərin vətəndaş cəmiyyətinin inkişafına zərbə kimi qiymətləndirir.

 

SMDT Media və İctimaiyyətlə əlaqələr departamenti

Limon Tour World Guide Tranzito