1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

Qubada Vətəndaş Forumun keçirilməsinə imkan verilmədi

PDF faylını al Çap E-poçt

Posted on 30 İyul 2012

İyulun 28-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) Avropa İttifaqı və ABŞ-ın Milli Demokratiya İnstitutunun dəstəyi ilə “Vətəndaş iştirakı və Seçkili Orqanların Hesabatlılığı” proqramı çərçivəsində Quba şəhərində keçirilməli olan Vətəndaş Forumu yerli icra hakimiyyəti və polisin müdaxiləsi əsasında baş tutmayıb.

Belə ki, iyulun 27-də Quba Rayon Polis Şöbəsindən (RPŞ) özünü təqdim etməyən polis əməkdaşı SMDT Quba bölgə koordinatoru Aftandil Məmmədova zəng vuraraq onu polis şöbəsinə gəlməsini tələb edib. Məmmədov ona zəng edən polis əməkdaşına xatırladıb ki, onun polis şöbəsinə çağırılması üçün yaşadığı ünvana çağırış vərəqəsi göndərilsin.

Qeyd edək ki, Aftandil Məmmədov iyulun 28-də Atıçı Divizya küçəsində yerləşən “Yüksəl” restoranı ilə danışıb və Vətəndaş Forumu keçirilməsi üçün razılıq əldə olunub. Lakin  iyulun 27-də “Yüksəl” restoranından A.Məmmədovla əlaqə saxlayaraq bildirilib ki, Quba rayon İcra Hakimiyyəti başçısınin birinci müavini Yusif Abidov onlara təzyiq edib ki, SMDT-nin Forum keçirilməsi üçün yer verməsinlər. Bu səbəbdən də adıçəkilən restoran əvvəlcədən əldə olunan razılığı pozaraq Forumun keçirilməsinə yer verməkdən imtina edib.

Bundan sonra Aftandil Məmmədov Forum keçirməsi üçün “NTV” restoranı ilə razılıq əldə edib. Lakin bir neçə saat sonra “NTV” restoranı da Quba RPŞ-nin əməkdaşları restoran rəhbərini polis şöbəsinə aparıblar və ondan  Formun keçirməyə yer verməməsini tələb ediblər.

İyunlun 27-də gecə yarıya kimi 60 BB 389 dövlət nömrə nişanlı “VAZ-2109” markalı qırmızı avtomobillə iki polis əməkdaşı yaşadığı evin qarşısında post quraraq Aftandilil Məmmədovu evə nə vaxt dönəcəyini gözləyiblər.  Çox ehtimal ki, polsilər Aftandil Məmmədovu saxlamaq istəyiblər.

İyulun 28-də Quba şəhərində olan SMDT-nin əməkdaşlarını polislər izləyib və tədbirin baş tutmaması üçün təzyiq ediblər. Quba polis şöbəsinin rəis müvaini Arzu Rzayev bildirib ki, icra hakimiyyəti icazə vermədiyi halda tədbirin keçirilməsinə imkan verilməyəcək. SMDT-nin hüquqşünası Asima Nəsirli Quba rayon icra hakimiyətinə gedərək, birinci müavin Yusif Abdinovla görüşüb. Yusif Abdinov qətiyyətlə Forumun keçirilməsinə imkan verilməyəcəyini bildirərək, əməkdaşlarımızı hədələyib. Asima Nəsirli Azərbaycan Respublikası qanunlarını xatırladaraq SMDT-nin fəaliyyətinin qanunauyğun olduğunu bildirsə də, Yusif Abdinov Prezident Adminstrasiyanın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı Arif Novruzovdan icazə alınmadığı halda tədbirin keçirilməsinə imkan verməyəcəklərini vurğulayıb.

Xatırladaq ki, Vətəndaş Forumun keçirilməsində əsas məqsəd Azərbaycanda yerli və mərkəzi idarəetmədə vətəndaş iştirakını artırmaq,  yerli idarəetmə ilə bağlı vəziyyəti öyrənmək, vətəndaşlar arasında bu məsələ ilə bağlı maarifləndirmə işi aparmaq, vətəndaş-dövlət institutları arasında əlaqələri inkişaf etdirmək və vətəndaş iştirakının vacibliyini təbliğ etməkdir. SMDT dəfələrlə yerli icra hakimiyyətlərinə məktub göndərib tədbirə dəvət etsə də, icra hakimiyyətləri iştirak etməkdən yayınırlar və tədbirlərin keçirilməsini əngəlləyirlər.

SMDT Media və İctimaiyyətlə Əlaqələr Departamenti

Limon Tour World Guide Tranzito