1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT Bərdədə növbəti vətəndaş forumu keçirib

PDF faylını al Çap E-poçt

Posted on 21 Sentyabr 2012

Sentyabrın 21 – də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş  İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində Bərdədə növbəti Vətəndaş Forumu keçirib. Forumda  QHT, siyasi partiya və Həmkarlar İttifaqları, KİV nümayəndələri, tələbələr, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər.

"Forum zamanı SMDT tərəfindən respublika üzrə keçirilmiş Azərbaycanda Seçici Baxışları İctimai Rəy Sorğusunun Nəticələri barədə SMDT-nin regionlarla iş üzrə meneceri Cavid Nəbiyev təqdimat keçirib. Təqdimat zamanı tədbir iştirakçıları əldə olunan statistik göstəricilərə öz münasibətlərini bildiriblər. “Böyük Səda” İcma Məlumat Mərkəzinin nümayəndəsi Zülfiyyə Babazadə bildirib ki, insanların seçkilərə inamının aşağı səviyyədə olmasından dolayı onları qınamaq düzgün deyil. Öz məişət problemlərinə başları qarışdığından onlar ictimai-siyasi prosseslərdə fəallıq göstərə bilmirlər. Həmçinin iştirakçılar millət vəkillərinin fəallığının çox aşağı olmasından, bununla yanaşı dövlət qurumlarının fəaliyyətsizliyindən vətəndaşların onlara qarşı etimadının itməsinə, ümumilikdə seçkili orqanlara keçirilən seçkilər prosesinə insanların marağının azalmasına gətirib çıxarıb.

Həmçinin yerli problemlərin həlli istiqamətində yaradılması nəzərdə tutulan yerli icmaların sturukturu və fəaliyyəti barədə müzakirələr aparılıb. İştirakçılar insanların yerli səviyyəli problemlərin həlli zamanı birlik halında fəaliyyət göstərməsinin önəmli olmasını vurğulayıblar. Onlar bildiriblər ki, təəssüf ki, icra hakimiyyəti orqanların insanların birləşməsi zamanı dəstək olmaq və problemin həllinə yardım göstərməkdən daha çox problemlər yaradır, hətta bu zaman polis gücündən də istifadə edirlər".

Qeyd edəki ki, layihə çərçivəsində Bərdədə yaradılacaq yerli icmaların məqsədi, icmalar üçün qanunvericilikdə nəzərdə tutulan imkanlar,  icmaların görə biləcək işlər haqqında iştirakçılara SMDT – nin hüquqşunası Asima Nəsirli məlumat verilib. Sonda 11 nəfərin təmsil olunması ilə yerli icma yaradılıb. Yaradılmış icmanın üzvlər sırasında QHT nümayəndələri, icma üzvləri, tələbə və sadə vətəndaşlar təmsil olunublar.

Limon Tour World Guide Tranzito