1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT Xaçmazda vətəndaş iştirakı ilə bağlı növbəti forum keçirib

PDF faylını al Çap E-poçt

Posted on 26 Sentyabr 2012

Sentyabrın 25-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş İştirakı və Seçkili Orqanların Hesabatlılığı” proqramı çərçivəsində Xaçmazda növbəti Vətəndaş Forumu keçirib. Forumda Xaçmazla yanaşı Quba,  Qusar və Şabranı da əhatə etməklə QHT, KİV nümayəndələri, tələbələr, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər.

 

 

 

Forum zamanı SMDT tərəfindən respublika üzrə keçirilmiş “Azərbaycanda Seçici Baxışlari İctimai Rəy Sorğusunun Nəticələri”  barədə SMDT – nin regionlarla iş üzrə meneceri Cavid Nəbiyev təqdimat keçirib. Təqdimat zamanı tədbir iştirakçıları əldə olunan statistik göstəricilərə öz münasibətlərini bildiriblər. Hüquqşunas olaraq çalışan Naim Şahmən bildirib  ki, məmur özbaşınalığı və korrupsiya həqiqətən ölkə miqyasında ciddi problem olaraq qalmaqdadır. Bu özünü əsas hakimiyyət institutlarından olan məhkəmə sistemlərində daha çox göstərir. Həmçinin Fermer Hüquq Müdafiə Cəmiyyətinin nümayəndəsi Solmaz Əsədova sahibkarlıq üçün imkanların olmaması probleminin keçirilən sorğuda göstərilən rəqəmlərdən daha yüksək olduğunu bildirib. Yerli səviyyəli problemlərin həllində vətəndaş iştirakının aşağı olmasında əsas səbəb kimi həm ailələrdə olan basqıların, həmçinin yerli idarəetmə orqanlarının bu işdə maraqlı olmamasını göstərib. O bildirib ki, keçirilən tədbirlərə, təlimlərə Qubadan gənclərin, əsasən də xanımların cəlb edilməsində çətinlik çəkirlər. Kitabxanaçı olaraq çalışan Ayna İsmayılova millət vəkillərinin fəallığının aşağı olması səbəbindən onlara qarşı etimadın itməsindən danışıb. O bildirib ki, şəxsən özü öz millət vəkillərinə yazılı olaraq müraciət göndərib, lakin cavab gəlməyib. Bundan sonra onun mobil nömrəsinə zəng etdikdən sonra o “mənə bir də zəng eləmə və nömrəmi sil” cavabı verib. Qeyd edək ki, 55 saylı Xaçmaz seçki dairəsindən millət vəkili olaraq 58.46 %(13031 nəfər) səs faizi ilə Əşrəfov Arif Əşrəf oğlu seçilib.

 

 

 

Forumda daha sonra layihə çərçivəsində Xaçmazda yaradılacaq yerli icmaların məqsədi, icmalar üçün qanunvericilikdə nəzərdə tutulan imkanlar, icmaların görə biləcəyi işlər haqqında iştirakçılara məlumat verilib. Sonda 8 nəfərin təmsil olunması ilə yerli komitə yaradılıb.

 

 

SMDT Media və İctimai Əlaqələr Departamenti

Limon Tour World Guide Tranzito