1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

Avropa seçki müşahidəçilərinin yeni Platforması yarandı

PDF faylını al Çap E-poçt

Posted on 17 Dekabr 2012

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa ölkələrindən olan 11 təşkilatla birgə Demokratik Seçkilər üzrə Avropa Platformasının təsis olunmasında iştirak edib. Dekabrın 12-də Avropa Birliyi, Avropa Şərq Tərəfdaşlığı ölkələri və Rusiya Federasiyasından olan 12 vətəndaş cəmiyyəti təşkilatı Varşavada Demokratik Seçkilər üzrə Avropa Platforması (DSAP) adlı yeni qurum təsis ediblər.

Avropada Mübadilə (Almaniya) təşkilatının sədri və Platformanın yeni seçilmiş koordinatoru Stefani Şiffer bildirib ki, Birliyin əsas məqsədi və vəzifəsi demokratik seçkiləri keçirilməsinin tərəfdarı olan vətəndaşlara Avropanın hansı ölkəsində olmasından asılı olmayaraq, dəstək verməkdir. DSAP fəaliyyət istiqaməti kimi Şərq Tərəfdaşlığı ölkələri (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) və Rusiya Federasiyasında yerli seçki müşahidəçiliyinə yardım etmək və bu ölkələrdə demokratik seçki proseslərinə töhfə verməyə çalışacaq. DSAP 2013-cü ildə Ermənistanda, Azərbaycanda və Gürcüstanda keçiriləcək növbəti prezident seçkilərdə, eləcə də Rusiya Federasiyası və Ukraynada keçiriləcək yerli seçkilərdə seçki müşahidəçiliyinə dəstək verməyə çalışacaq.

Platformanın qurucu üzvləri aşağıdakı QHT-lərdir: GOLOS Assosiyasiyası (Rusiya), Belarus Helsinki Komitəsi, Ukrayna Seçiciləri Komitəsi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (Azərbaycan), Avropada Mübadilə (Almaniya), Helsinki Vətəndaş Assembleyası (Vadnazor, Ermənistan), İnsan Hüquqları Mərkəzi “Viasna” (Belarus), Azad Seçkilər və Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyət (Gürcüstan ) Norveç Helsinki Komitəsi, Vətəndaş Şəbəkəsi OPORA (Ukrayna), Promo-Lex Assosiyasiyası (Moldova) və İsveç Beynəlxalq Liberal Mərkəzi.

 

 

SMDT Media və İctimaiyyətlə Əlaqələr Departamenti

Limon Tour World Guide Tranzito