1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT Şərq Tərəfdaşlığı ölkələrində siyasi iştiraka dair qanunvericiliyin müqayisəli analizini aparıb

PDF faylını al Çap E-poçt

Posted on 05 Fevral 2013

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT)  ABŞ German Marshall Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanda Siyasi İştirakın təminatının Monitorinqi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi Azərbaycanda siyasi iştirak imkanlarının artırılması, siyasi iştirakla bağlı mövcud qanunvericiliyin qiymətləndirilməsidir.Layihə çərçivəsində SMDT Siyasi iştirakla bağlı Şərq Tərəfdaşlığı ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədilə üzv ölkələr -  Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistandan olan QHT-lərlə və ekspertlə birlikdə müvafiq olaraq siyasi iştirakla bağlı milli qanunvericiliyin hərtərəfli analizini təşkil ediblər. Layihə çərçivəsində ŞT ölkələrinin “Həmkarlar ittifaqı haqqında” , “Sərbəst Toplaşma Azadlığı haqqında”, “QHT-lər haqqında” və siyasi iştirakla bağlı digər qanunlar üzərində araşdırmalar aparılıb. Analizinin əsas məqsədi hazırkı qanunvericiliyin Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü ödhəliklərə uyğunluğunu müəyyən etməkdir. SMDT 5 ölkə ilə birlikdə həmin ölkələrdə siyasi partiyalar, QHT-lər və sərbəst toplaşma azadlığı ilə bağlı bağlı qanunvericiliyini və ən yaxşı təcrübəsini öyrənərərək, qeyd olunan mövzularla bağlı 5 ölkədə vəziyyəti müqayisəli şəkildə analiz edərək qiymətləndirmə hesabatı hazırlayıb. Qiymətləndirmə zamanı ATƏT DTİHB və Avropa Şurası Venesiya Komissiyasının müvafiq  qaydalarına istinad olunub.

 

Şərq Tərəfdaşlığı ölkələrinin hazırladığı bu hesabat həmin ölkələrdə siyasi iştirakla bağlı vəziyyət barədə təsəvvür yaradıb və vəziyyəti müqayisəli şəkildə öyrənməyə imkan verib. Dəyərləndirmə sənədində siyasi iştirakla bağlı qanun layihələrində Şərq Tərəfdaşlığı ölkələrinin müsbət cəhətlərini əks etdirən təkliflər də yer alıb.  Aşağıdakı linkə daxil olmaqla sənədlə tanış ola bilərsiniz: http://smdt.az/images/stories/PDFler/dayarlanmaaz.pdf

Qeyd edək ki, sənəd çap olunduqdan sonra ictimaiyyətə təqdim ediləcək və yerli QHT-lərə, siyasi partiyalara, beynəlxalq təşkilatlara və digər maraqlı şəxslərə yayılacaq.

 

 

SMDT Media və İctimaiyyətlə Əlaqələr Departamenti

Limon Tour World Guide Tranzito