1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

Xəbərlər

SMDT seçki günü müşahidəçiliyinin nəticələrinə dair İlkin Rəyi

PDF faylını alÇapE-poçt

Posted on 09.11.10

8 Noyabrda, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) seçki günü müşahidəçiliyinin nəticələrinə dair İlkin Rəyini açıqlayıb.

SMDT Azərbaycanda 7 noyabr 2010-cu il parlament seçkilərini uzunmüddətli və qısamüddətli qaydada ölkədə mövcud olan 125 seçki dairəsi ərazisində müşahidə edib. Uzunmüddətli müşahidələrin nəticələrinə dair SMDT iki dəfə Aralıq Hesabat hazırlayaraq, ictimaiyyətə təqdim edib. Parlament seçkiləri günü SMDT ilə əməkdaşlıq edən müşahidəçilər bütün ölkə üzrə təmsilçilik üzrə təsadüfi yolla seçilmiş 608 seçki məntəqəsində Statistikaya Əsaslanmış müşahidə aparıblar

SMDT seçki günü seçki məntəqələrinin açılışı zamanı az sayda pozuntular qeydə alıb. Ancaq səsvermə prosesi bir sıra qanun pozuntuları ilə - bir şəxsin bir-neçə dəfə səs verməsi (24%), seçicilərin qrup halında məntəqəyə gətirilməsi (20%), adı seçici siyahısında olmayan insanların səsvermədə iştirakı (18%) və saxta seçki bülletenlərinin qutulara atılması (26%) ilə müşayiət olunub. SMDT ilə əməkdaçlıq edən müşahidəçilər səslərin sayılması zamanı ölkə üzrə seçki məntəqələrinin 12% səslərin yekun protokollarda düzgün əks olunmadığını qeydə alıblar. Bununla yanaşı ölkə üzrə seçki məntəqələrinin 25% yekun protokollar məntəqələrin qarşısnda asılmayıb.

Seçki günü namizədləri təmsil edən şəxslərlə yanaşı müşahidəçilərə qarşı ciddi təzyiqlər qeydə alınıb. Bu təzyiqlər seçki məntəqələrində qanun pozuntularına irad bildirən və səslərin sayılmasını izləmək istəyən müşahidəçilərə qarşı baş verib.

SMDT 7 noyabr 2010-cu il parlament seçkilərinin bütün mərhələri üzrə baş verən qanun pozuntuları və ölkədəki ümumi seçki mühitinə əsasən hesab edir ki, bu seçkilər milli qanunvericiliyin və demokratik seçkilərlə bağlı beynəlxalq standartların tələblərinə cavab verməyib, həmçinin azad və ədalətli hesab oluna bilməz.

İlkin Rəylə burada tanış ola bilərsiz.

Read Article

SMDT Seçki Gününə dair ikinci press relizi açıqlayıb

PDF faylını alÇapE-poçt

Posted on 08.11.10

SMDT ilə əməkdaşlıq edən müşahidəçilər 7 noyabr 2010-cu il parlament seçkilərinin ölkənin 125 seçki dairəsi üzrə Statistikaya Əsaslanmış Müşahidə (SƏM) metodologiyası əsasında monitorinqini həyata keçirir. SƏM metodu ölkə üzrə seçki məntəqələrinin milli təmsilçiliyini əsas götürməklə, seçki günü keçirilən prosesin hüquqi keyfiyyətini dəqiq və operativ öyrənməyə imkan verir.

Seçici fəallığı:

Müşahidəçilərin saat 15.00-dək seçki məntəqələrindən verdiyi məlumata görə, ölkə üzrə seçici fəallığı 32 faiz olub. Qeyd edək ki, seçici fəallığı ilə bağlı məlumatlar Məntəqə Seçki Komissiyalarının elan etdiyi rəqəmlər olub və SMDT ilə əməkdaşlıq edən müşahidəçilər səsvermədə iştirak edən seçicilərin ayrıca sayılmasını aparmayıblar. Ancaq saat 15.00-da Mərkəzi Seçki Komissiyasının internet səhifəsində elan edilən məlumatlar üzrə seçici fəallığı 38 faiz olub.

Read Article

SMDT Seçki Gününə dair ilk məlumatları açıqlayıb

PDF faylını alÇapE-poçt

Posted on 07.11.10

SMDT ilə əməkdaşlıq edən müşahidəçilər 7 noyabr 2010-cu il parlament seçkilərinin ölkənin 125 seçki dairəsi üzrə Statistikaya Əsaslanmış Müşahidə (SƏM) metodologiyası əsasında monitorinqini həyata keçirir. SƏM metodu ölkə üzrə seçki məntəqələrinin milli təmsilçiliyini əsas götürməklə seçki günü keçirilən prosesin hüquqi keyfiyyətini dəqiq və operativ öyrənməyə imkan verir.

Müşahidəçilər saat 12.00-dək 1000-dən artıq seçki məntəqəsindən seçki məntəqlərinin təşkili və seçki prosesinin başlamasına dair hesabatlar veriblər. SMDT təəssüflə qeyd edir ki, 2 seçki dairəsində - 51 saylı Qusar və 52 saylı Quba seçki dairələrində seçki prosesini izləmək üçün hazırlanmış müşahidəçilərə müxtəlif təzyiqlər edilmiş, nəticədə 19 nəfər müşahidəçi seçki məntəqələrinə yerləşməkdən çəkiniblər. Eyni hallar 3 saylı Babək-Kəngərli-Naxçıvan, 4 saylı Naxçıvan şəhər, 31 saylı Suraxanı ikinci,103 saylı Gədəbəy seçki dairələrində də baş verib.

Read Article

Anar Məmmədli MSK-ya müraciət edib

PDF faylını alÇapE-poçt

Posted on 06.11.10

Noyabrın 6-da, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova məktubla müraciət edib.

Məktubda SMDT-nin sədri son günlər seçki günü müşahidəçilik aparmaq istəyən şəxslərə qarşı bəzi bölgələrdə  təzyiqlərin baş verdiyini qeyd edib. Məsələn, 105 saylı Tovuz seçki dairəsindən qeydiyyatdan keçən müşahidəçi Asim Bağırovun yaşadığı ünvana Vahidli kənd icra nümayəndəsi Oqtay Mürsəlov zəng edərək bildirib ki, o seçki günü müşahidəçi olacağı təqdirdə təhsil aldığı Azərbaycan Aqrar Universitetindən xaric oluna bilər.

Read Article

SMDT Ikinci Aralıq Hesabatı təqdim edib

PDF faylını alÇapE-poçt

Posted on 04.11.10

Noyabrın 4-də, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 7 Noyabr 2010-cu ildə keçiriləcək Parlament Seçkilərinin ikinci mərhələsi - seçkiqabağı təbliğat-təşviqat kampaniyasına dair İkinci Aralıq Hesabatı təqdim edib.  Hesabatda təəssüflə qeyd olunur ki, ölkədə parlament seçkilərinin ikinci mərhələsi – seçkiqabağı  təşviqat dövründə ölkədə siyasi mühitin demokratikləşməsi, sərbəst toplaşmaq azadlığı, siyasi fəaliyyət imkanları, söz və mətbuat azadlığı sahəsində nailiyyətlər baş verməyib.

Read Article

Limon Tour World Guide Tranzito