1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

Xəbərlər

Avropa seçki müşahidəçilərinin yeni Platforması yarandı

PDF faylını alÇapE-poçt

Posted on 17.12.12

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa ölkələrindən olan 11
təşkilatla birgə Demokratik Seçkilər üzrə Avropa Platformasının təsis olunmasında iştirak edib.
Dekabrın 12-də Avropa Birliyi, Avropa Şərq Tərəfdaşlığı ölkələri və Rusiya Federasiyasından olan
12 vətəndaş cəmiyyəti təşkilatı Varşavada Demokratik Seçkilər üzrə Avropa Platforması (DSAP)
adlı yeni qurum təsis ediblər.

 

Read Article

SMDT bölgələrdə yerli iştirakla bağlı bacarıqların artırılması təlimi keçirib

PDF faylını alÇapE-poçt

Posted on 04.12.12

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqının maliyyə dəstəyilə Azərbaycanın 10 bölgəsini əhatə edən (Bakı, Gəncə, Sumqayıt, Göyçay, Quba, Cəlilabad, Mingəçevir, Şəki, Beyləqan və Naxçıvan) “Vətəndaş İştirakı və Seçkili Orqanların Hesabatlılığının Artırılması” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi Azərbaycanda yerli və mərkəzi idarəetmədə vətəndaş iştirakını artırmaq, yerli idarəetmə ilə bağlı vəziyyəti öyrənmək, vətəndaşlar arasında bu məsələ ilə bağlı maarifləndirmə işi aparmaq, vətəndaş – dövlət institutları arasında əlaqələri inkişaf etdirmək və vətəndaş iştirakının vacibliyini təbliğ etməkdir.

 

Read Article

SMDT Şəkidə yerli iştirakla bağlı bacarıqların artırılması təlimi keçirib

PDF faylını alÇapE-poçt

Posted on 16.11.12

Noyabrın 9 – da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və ABŞ Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş İştirakı və Seçkili  orqanların Hesabatlılığı” proqramı çərçivəsində Şəkidə Vətəndaş cəmiyyəti fəallarının yerli idarəetmədə iştirakı üzrə bacarıqların artırılmasına dair təlim keçirib. Təlimdə siyasi partiyalar, QHT nümayəndələri, gənclər, yerli icmalar, Şəki şəhər Bələdiyyəsi, SMDT könüllüləri, və digər vətəndaş cəmiyyəti fəalları iştirak edib. Təlimin birinci hissəsində layihə barədə təlim iştirakçılarına məlumat verilib. Vətəndaş iştirakı formaları və iştirakın hüquqi bazaları barədə geniş təlim sessiyası keçirilib. İştirakçılara fərdi və kollektiv qaydada iştirak, seçkilərdə iştirak, siyasi partiyaların fəaliyyətində iştirak, Qeyri – hökümət təşkilatlarında iştirak, Bələdiyyələrin fəaliyyətlərində iştirak, Məhəlli komitələrdə iştirak, Dövlət strukturlarının hesabatlılıq və şəffaflığın təmin edilməsi, Millət vəkili və bələdiyyə üzvlərinin fəaliyyətində hesabatlılığının prinsipləri barədə məlumat verilib.

 

Read Article

SMDT sədri “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna təklif edilən son dəyişikliklərlə bağlı münasibət bildirib

PDF faylını alÇapE-poçt

Posted on 17.10.12

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna təklif edilən son dəyişikliklərlə bağlı münasibət bildirib. “Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovun təşəbbüsü ilə parlamentə təqdim edilən və “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklikləri nəzərdə tutan layihə vətəndaşların dinc toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı hüquqi tənzimlənmənin ağırlaşdırılmasına yönəlib. Çünki, layihədə dinc etiraz aksiyalarına hökumətin qadağalar tətbiq etdiyi hallarda iştirakçılar və təşkilatçılara qarşı cərimələrin kəskin olaraq artırılması nəzərdə tutulur. Bu isə demokratik ölkələrdə, xüsusən Avropa Şurası və ATƏT məkanında sərbəst toplaşmaq azadlığının məhdulaşdırılması barədə hökümətlərin öhdəlikləri ilə bağlı prinsiplərə ziddir.”, - o deyib.

Read Article

SMDT Siyasi Azadlıqların durumu ilə bağlı İctimai Forum keçirib

PDF faylını alÇapE-poçt

Posted on 11.10.12

Oktyabrın 11-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) dəstəyilə "Azərbaycanın Avropa İttifaqı  Şərq Tərəfdaşlıq Proqramında iştirakı şəraitində siyasi azadlıqların durumu" mövzusunda İctimai Forum keçirib.

SMDT sədri Anar Məmmədli üç il öncə Azərbaycanın 5 postsovet ölkəsi (Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna) ilə birgə Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramında iştiraka dəvət aldığını xatırladaraq, bu prosesdə insan haqları və demokratikləşmə ilə bağlı islahatların vacib kriteriya olduğunu bildirib:“Azərbaycanın bu proqramda iştirak müddətində ilk dəfə olaraq, gələn il ölkədə prezident seçkisi keçiriləcək və ölkəmizin Avropaya inteqrasiyası baxımından Şərq Tərəfdaşlıq təşəbbüslərinin siyasi azadlıqların durumu konteksində dəyərləndirilməsi vacibdir”.

İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlunun moderator olduğu "Avropa İttifaqı Şərq Tərəfdaşlıq Proqramının siyasi azadlıqların təmin olunması yönündə hədəfləri" mövzusunda müzakirələrdə  əsasən sözügedən proqramın əhəmiyyətindən söhbət açılıb. Q.İbadoğlu AB-nin Şərq Tərəfdaşlıq Proqramı üzrə təşəbbüslərindən biri kimi Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycandan 45 QHT-nin üzv olduğunu xatırladıb.

Read Article

Limon Tour World Guide Tranzito