1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

Azərbaycan müxalifəti prezident seçkilərində vahid namizədlə çıxış edəcək

PDF faylını al Çap E-poçt

Posted on 15 İyul 2013

 

İyunun 7-də Azərbaycan müxalifət qüvvələri bu ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan  prezident seçkisində vahid namizəd və vahid platforma ilə iştirak etmək üçün 129 nəfərdən ibarət Demokratik Qüvvələrin Milli Şurası təsis edib və şuranın ilk iclası keçirilib.

Azərbaycanın aparıcı müxalifət partiyalarının özündə birləşdirən qurumun təsis olunmasından sonra, son 20 ildə ilk dəfə olaraq, müxalifət partiyaları prezident seçkilərində vahid namizədlə iştirak etmək barədə razılığa gəliblər.

MŞ-nın sədri və prezidentliyə namizədi bu qurumun yaradılması ideyasını müəllifi Azərbaycan Respublikasının xalq yazıçısı, Oskar mükafatı laureatı Rüstəm İbrahimbəyov  seçilib. Kinomatoqrafiya sahəsində tanınmış şəxs olan R.İbrahimbəyovun ABŞ-da, Avropada və Rusiyada ictimai-siyasi şəxslərlə münasibətləri mövcuddur və digər müxalifət liderləri ilə müqayisədə maliyyə imkanları daha üstündür. Onun əvvəllər Əliyevlərlə normal münasibəti olsa da, digər tanınmış ziyalılardan fərqli olaraq hakimiyyətin siyasi təbliğatında və müxalifətə qarşı kampaniyalarda iştirak etməyib. R.İbrahimbəyov son bir neçə ildə siyasi hakimiyyətin ünvanına ziyalı kimi tənqidi fikirlər səsləndirməyə başlayıb.

1993-cü ildən bu günə kimi hakimiyyətdə olan YAP-a qarşı prezident seçkisində müxalifətin vahid namizədinin olmadığını nəzərə alaraq, MŞ-nın yaradılmasını ölkənin siyasi səhnəsində  yeni və uğurlu bir hadisə hesab etmək olar. Qurum ənənəvi müxalifət hesab olunan və ölkənin aparıcı siyasi partiyaları - Azərbaycan Xalq Cəbhəsi, Müsavat, Klassik Xalq Cəbhəsi, Açıq Cəmiyyət, Vətəndaş Həmrəyliyi və. s partiyaları birləşdirir. Eyni zamanda yeni müxalif qüvvə sayılan Respublika Alternativ Hərəkatı da seçkidə MŞ-nın vahid namizədliyini dəstəkləyəcəyini bildirib. Bundan əlavə MŞ-da  müstəqil və nüfuzlu vətəndaş cəmiyyətinin nümayəndələri və ziyalılar da toplaşıblar.  MŞ-nın üstün cəhətlərindən biri də ondan ibarətdir ki, prezident seçkisində iştirakla bağlı bir-birinə güzəştə getməyən ənənəvi müxalifət partiyaları öz iddialarından geri çəkilərək MŞ-da təmsil olunmağa və R.İbrahimbəyovun vahid namizəd olmasına  razılıq veriblər. Bir çoxları bunu uzun illər repressiyalar altında fəaliyyət göstərən müxalifət partiyaların zəifləməsi, xüsusilə də maliyyə resurslarının tükənməsi ilə izah edirlər.

MŞ-nin seçki proqramına əsasən qurumun dəstəklədiyi namizədin prezident seçiləcəyi halda ancaq iki il müddətinə bu postda qalacaq. MŞ-nın memorandum layihəsində 2013-2015-ci illər ərzində (keçid dövrü) konstitusiya və seçki islahatları aparmaq, prezident hakimiyyətinin məhdudlaşdırmaq, parlamentin və hökumətin səlahiyyətlərinin genişləndirmək yolu ilə hakimiyyətin qolları arasında tarazlığı, eyni zamanda məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək məsələləri yer alıb. Bundan əlavə, MŞ 2014-cü ilin yanvarında parlamentin buraxılmasını və qarışıq seçki sistemi əsasında yeni parlament seçkisinin keçirilməsi təklif edir. Qurum Azərbaycan qanunvericiliyinin beynəlxalq standartlara və öhdəliklərə uyğunlaşdırılması üçün tədbirlər görəcəyini də iddia edir. Belə olan halda MŞ-da birləşən ənənəvi müxalifət partiyalarının hər biri iki ildən sonra öz iddiaları ilə yenidən siyasi meydanda ola bilərlər və yuxarıda göstərilən proqram həyata keçiriləcəyi halda siyasi fəaliyyət üçün əlverişli şərait yaradıla bilər.

MŞ təsis edilən gün – iyunun 7-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) 5-ci qurultayında partiyanın sədri, hazırkı prezident İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. YAP-ın qurultayı avqust ayına təyin olunsa da, sonradan qurultayı iyun ayına - MŞ-nın təsis edildiyi günə salınması bunun düşünülmüş siyasi addım olmasını deməyə əsas verir. İlham Əliyevin hakim partiyanın namizədi kimi çıxış eləyəcəyi çox az adamda şübhə yaratsa da, hakimiyyət bu yaxınlara kimi rəsmi namizədini açıqlamırdı. İlham Əliyevin üçüncü dəfə prezident olmaq istəyinin Qərb ölkələrinin və beynəlxalq institutların narazılığına səbəb olacağını gözləyən bir çoxları onun namizədliyinin rəsmən yalnız indi irəli sürülməsini təzyiqlərin gecikdirilməsinə yönəlmiş  cəhdlər kimi qiymətləndirir.

Limon Tour World Guide Tranzito