1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

Xəbərlər

SMDT Göyçay və Şəkidə növbəti vətəndaş forumları keçirib

PDF faylını alÇapE-poçt

Posted on 14.09.12

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı (Aİ) və ABŞ-ın Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş  İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində sentyabrın 13-də Göyçayda, sentyabrın 14-də isə Şəkidə növbəti vətəndaş forumlarını keçirib. Forumlarda  QHT, siyasi partiyalar və Həmkarlar İttifaqları, KİV nümayəndələri, bələdiyyə üzvləri, gənclər, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər. Forumlar zamanı əsasən 3 mövzu- “Azərbaycanda Seçici Baxişlari” İctimai Rəy Sorğusunun nəticələri, yerli icmaların yaradılması və fəaliyyəti, yerli komitələrin yaradılması barədə müzakirələr aparılıb.

Read Article

SMDT Bakıda vətəndaş iştirakı ilə bağlı forum keçirib

PDF faylını alÇapE-poçt

Posted on 31.08.12

Avqustun 31-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və ABŞ-ın Milli Demokratiya İnstitutunun dəstəyi ilə “Vətəndaş iştirakı və Seçkili Orqanların Hesabatlılığı” proqramı çərçivəsində Bakıda Vətəndaş Forumu keçirib. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanda yerli və mərkəzi idarəetmədə vətəndaş iştirakını artırmaq,  yerli idarəetmə ilə bağlı vəziyyəti öyrənmək, vətəndaşlar arasında bu məsələ ilə bağlı maarifləndirmə işi aparmaq, vətəndaş-dövlət institutları arasında əlaqələri inkişaf etdirmək və vətəndaş iştirakının vacibliyini təbliğ etməkdir.

 

Forumda SMDT-nin hüquqşünası Asima Nəsirli vətəndaş iştirakı ilə bağlı hüquqi qaydalar, idarəetmədə vətəndaş iştirakına təminat verən qanunlar barədə məlumat verib. Həmçinin, vətəndaşların seçkilərarası dövrdə idarəetmədə iştiraka həvəsləndirilməsi və yerli icmaların bacarıqlarının artırılmasının vacibliyini vurğulayıb.

Forumda Nərimanov rayon icmasının üzvü, aktiv vətəndaş Vüqar Abbasov yerli problemlərin həlli ilə bağlı yaradılmış işçi qrupunun  fəaliyyəti ilə bağlı məlumat verib. O, bildirib ki, Nərimanov rayonunda seçilmiş iki problem- zibillik və binalarda istilik sisteminin olmaması ilə bağlı yerli sakinlərdən 70 imza toplayaraq Nərimanov Rayon İcra Hakimiyyətinə, bələdiyyəyə və 20 saylı Nərimanov ikinci seçki dairəsindən  deputat seçilmiş Adil Əliyevə müraciət edilib.Bir ay keçməsinə baxmayaraq, aidiyyatı orqanlardan heç bir cavab gəlməyib. O həmçinin bildirib ki, bundan sonra sakinlərlə birlikdə şikayətlərə baxılmaması ilə bağlı Ombudsmana şikayət göndərilməsi planlaşdırılır.

Read Article

SMDT ictimai rəy sorğusunun nəticələrini açıqlayıb

PDF faylını alÇapE-poçt

Posted on 29.08.12

 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi(SMDT) may-iyun ayları ərzində Azərbaycanın 12 bölgəsində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Quba, Cəlilabad, Göyçay, Sabirabad, Bərdə və Beyləqanda ictimai rəy sorğusu həyata keçirib. Sorğu 125 seçki dairəsi üzrə təsadüfi yolla seçilmiş 150 seçki məntəqəsində 1186 respondent arasında keçirilib. Sorğunun keçirilməsində məqsəd vətəndaşların dövlət idarəçiliyində, seçkili hakimiyyət orqanlarının formalaşması və fəaliyyətində iştirak səviyyəsini öyrənmək, Azərbaycanda ictimai təşəbbüslər üzrə imkanlar və bacarıqların öyrənilməsidir.

SMDT və digər yerli və xarici sorğu təşkilatlarında çalışan ekspertlər sorğunun hazırlanması və təşkili prosesinə cəlb ediliblər. Bu sorğuyadək SMDT iki dəfə (2006 və 2008-ci illərdə) ölkə üzrə ictimai rəy sorğusu keçirib. SMDT-nin təmsilçiləri indiyədək bir sıra beynəlxalq tədbirlərdə sorğuların texniki və məzmunu planlaması üzrə təlimlərdə, o cümlədən bu sorğunun hazırlanması ərəfəsində Avropa Siyasi Tədqiqatlar Konsorsiumu (Essex Universiteti) və Vyana Universitetinin birgə təlimində iştirak ediblər.

Read Article

SMDT Bərdədə vətəndaş iştirakı ilə bağlı forum keçirib

PDF faylını alÇapE-poçt

Posted on 07.08.12

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT)  Avropa İttifaqının və ABŞ-ın Milli Demokratiya İnstitutunun dəstəyi ilə avqustun 7 – də “Vətəndaş iştirakı və Seçkili Orqanların Hesabatlılığı” proqramı çərçivəsində Bərdə şəhərində Vətəndaş Forumu keçirib. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanda yerli və mərkəzi idarəetmədə vətəndaş iştirakını artırmaq,  yerli idarəetmə ilə bağlı vəziyyəti öyrənmək, vətəndaşlar arasında bu məsələ ilə bağlı maarifləndirmə işi aparmaq, vətəndaş-dövlət institutları arasında əlaqələri inkişaf etdirmək və vətəndaş iştirakının vacibliyini təbliğ etməkdir.

Forumda SMDT-nin Regionlarla İş üzrə Meneceri Cavid Nəbiyev proqram barədə iştirakçıları məlumatlandırıb. SMDT hüquqşünası Asima Nəsirli vətəndaş iştirakı ilə bağlı hüquqi qaydalar, idarəetmədə vətəndaş iştirakına təminat verən qanunlar barədə məlumat verib.

Forumda bölgə koordinatoru Ülviyyə Babasoy  seçkili orqanlar və icra hakimiyyəti orqanları  tərəfindən  idarəetmənin həyata keçirilməsində  vətəndaşların təkliflərini nəzərə almaq, həmin orqanlar  tərəfindən   vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin etmək  və bu sahədə Bərdədə mövcud vəziyyət barədə məlumat verib.

Read Article

Qubada Vətəndaş Forumun keçirilməsinə imkan verilmədi

PDF faylını alÇapE-poçt

Posted on 30.07.12

İyulun 28-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) Avropa İttifaqı və ABŞ-ın Milli Demokratiya İnstitutunun dəstəyi ilə “Vətəndaş iştirakı və Seçkili Orqanların Hesabatlılığı” proqramı çərçivəsində Quba şəhərində keçirilməli olan Vətəndaş Forumu yerli icra hakimiyyəti və polisin müdaxiləsi əsasında baş tutmayıb.

Belə ki, iyulun 27-də Quba Rayon Polis Şöbəsindən (RPŞ) özünü təqdim etməyən polis əməkdaşı SMDT Quba bölgə koordinatoru Aftandil Məmmədova zəng vuraraq onu polis şöbəsinə gəlməsini tələb edib. Məmmədov ona zəng edən polis əməkdaşına xatırladıb ki, onun polis şöbəsinə çağırılması üçün yaşadığı ünvana çağırış vərəqəsi göndərilsin.

Read Article

Limon Tour World Guide Tranzito