1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

Xəbərlər

SMDT “Siz azad və ədalətli seçkilər üçün nə edə bilərsiz?” və “Azad Seçki Firəvan Həyata Aparan Yoldur!” adlı nəşrləri hazırlayıb

PDF faylını alÇapE-poçt

Posted on 12.10.10

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 7 Noyabr Parlament seçkiləri öncəsi seçicilərin maarifləndirilməsi lahiyəsi çərçivəsində “Siz azad və ədalətli seçkilər üçün nə edə bilərsiz?” və “Azad Seçki Firəvan Həyata Aparan Yoldur!” adlı nəşrləri hazırlayıb.

Ümumilikdə, 30000 nüsxədə çap olunan nəşrlərdə seçicilərin hüquqları, müşahidəçilik, seçici siyahıları və seçki şikayətləri barədə məlumatlar öz əksini tapıb.

Təşkilat vətəndaşları seçkilərdə iştaraka çağıran bu çap materiallarını 12 regionda onunla əməkdaşlıq edən yerli vətəndaş qrupları və könüllülər vasitəsilə 125 dairənin seçiciləri arasında paylamağı planlaşdırır.

Read Article

Bugün, imzatoplama kampaniyasının sonuncu günüdür

PDF faylını alÇapE-poçt

Posted on 08.10.10

Bugün, imzatoplama kampaniyasının sonuncu günüdür. Qanunvericiliyə uyğun olaraq saat 18:00-a qədər sənədlərini dairə seçki komissiyalarına təqdim etməyən şəxslərin namizədliyi qeydiyyata alınmayacaq.

Bundan sonra DSK-lar 7 gün müddətində namizədlərin qeydiyyata alınması barədə qərar qəbul etməlidilər. 15 oktyabrda təşviqat və təbliğat kampaniyası başlayacaq.

Read Article

392 nəfər namizəd kimi qeydiyyata alınıb

PDF faylını alÇapE-poçt

Posted on 08.10.10

Bu günədək 392 nəfər Azərbaycanda parlament seçkilərində namizəd kimi qeydiyyata alınıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü Komissiyanın iclasında bildirib.

"Dairə seçki komissiyalarına Azərbaycanda parlament seçkilərində deputat mandatı uğrunda mübarizəyə hazır olan 1411 namizəd müraciət edib, onlardan 1369 nəfəri MSK-dan imza vərəqələri alıb", - Pənahov bildirib.

Bu günədək MSK seçkilərin gedişini izləmək üçün 973 yerli müşahidəçini qeydiyyata alıb.

Siyasi partiya və bloklardan 2088 müşahidəçi dairə seçki komissiyalarına müraciət edib.

Read Article

MSK tam formalaşdırılır

PDF faylını alÇapE-poçt

Posted on 06.10.10


MSK tam formalaşdırılırOktyabrın 6-da Milli Məclisin azlıq partiyalarının təmsilçiləri və bitərəf deputatların birgə toplantısı keçirilib. “Media forum” saytına danışan Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin sözlərinə görə, toplantıda Mərkəzi Seçki Komissiyasının tam formalaşdırılması məsələsi müzakirə olunub: “MSK-nın bir üzvü Milli Məclisin azlıqda olan partiyalari ilə bitərəf deputatlar arasında razılaşdırılmalıdır. Toplantıda bitərəf deputatların qrup rəhbəri, vitse-spiker Valeh Ələsgərov MSK-ya nümayəndə təqdim etdi. Bu, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin böyük məsləhətçisi Arifə Muxtarovadır. Parlamentdə azlıqda olan partiyalar da Arifə Muxtarovanın MSK-ya üz təyin olunmasına etiraz etmədilər”.

İqbal Ağazadə deyib ki, Müsavat Partiyasından Gülağa Aslanlının, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından isə Mikayıl Rəhimovun MSK üzvlüyünə namizədliyi keçib. Milli Məclisin oktyabrın 8-də keçiriləcək iclasında Arifə Muxtarova, Gülağa Aslanlı və Mikayıl Rəhimovun MSK-ya üzv təyin olunması müzakirəyə çıxarılacaq.

Seçki Məcəlləsinin 24-cü maddəsinə görə, Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir. MSK üzvlərini Milli Məclis seçir. Qurumun 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

Read Article

113 seçki dairəsi üzrə 254 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

PDF faylını alÇapE-poçt

Posted on 03.10.10

 

113 seçki dairəsi üzrə 254 nəfərin deputatlığa namizədliyi qeydə alınıbMərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə 125 seçki dairəsində artıq 1353 nəfərin deputatlığa namizədliyi təsdiq olunub.

Azadlıq radiosunun verdiyi məlumata əsasənnamizədliyi təsdiq olunmuş şəxslərdən 1302-si imza vərəqəsi alıb. Onlardan 467-si imza vərəqlərini və digər zəruri sənədləri DSK-lara təqdim ediblər. Artıq 113 seçki dairəsi üzrə 254 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər bu il noyabrın 7-nə təyin olunub. Deputatlığa namizədlərin irəli sürülməsi prosesi davam edir.

113 seçki dairəsi üzrə 254 nəfərin deputatlığa namizədliyi qeydə alınıbMərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə 125 seçki dairəsində artıq 1353 nəfərin deputatlığa namizədliyi təsdiq olunub.

Azadlıq radiosunun verdiyi məlumata əsasənnamizədliyi təsdiq olunmuş şəxslərdən 1302-si imza vərəqəsi alıb. Onlardan 467-si imza vərəqlərini və digər zəruri sənədləri DSK-lara təqdim ediblər. Artıq 113 seçki dairəsi üzrə 254 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər bu il noyabrın 7-nə təyin olunub. Deputatlığa namizədlərin irəli sürülməsi prosesi davam edir.

Read Article

Limon Tour World Guide Tranzito