1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

Xəbərlər

SMDT “Azad Seçkilər” mahnısı hazırlayıb

PDF faylını alÇapE-poçt

Posted on 06.09.10

Sentyabrın 6-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) texniki dəstəyi ilə hazırlanan “Azad Seçkilər” mahnısı üzərində tamamlama işləri sona çatıb.

Mahnının sözləri Günel Mövluda, müsiqisi isə Firudin Allahverdiyə məxsusdur. SMDT bu mahnının hazırlanmasında iştirak edən hər kəsə təşəkkürünü bildirir!

Aşağıdakı bağlantıdan mahnını dinləmək üçün yükləyə bilərsiniz:

Azad Seçkilər  mp3

Read Article

7 Noyabr 2010-cu il Parlament Seçkiləri Öncəsi Hesabatın təqdimatı

PDF faylını alÇapE-poçt

Posted on 02.09.10

Sentyabr 2-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 7 Noyabr 2010-cu il Parlament Seçkiləri Öncəsi Hesabatı təqdim edib.

Hesabatda parlament seçkiləri barədə ümumi məlumat, Parlament seçkilərinə hazırlıq - Seçici siyahılarının tərtibatı, Seçki dairələrinin dislokasiyalarının yenidən təşkili, Seçicilərin məlumatlandırılması; Seçkiqabaği hüquqi-siyasi mühit - Siyasi proseslər,  Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər, Söz və mətbuat azadlığı, Birləşmək hüququ; Sərbəst toplaşmaq azadlığı və Seçkiqabaği vəziyyətin monitorinqi üzrə nəticələr və tövsiyyələr öz əksini tapıb.

 

Hesabatla tanış olmaq üçün

bu linkə daxil olun

Sumqayıt və Sabirabadda Vətəndaş Forumları keçirilib

PDF faylını alÇapE-poçt

Posted on 17.08.10

14 avqust da Sumqayıt şəhərində SMDT-nin “Milli Məclisə seçkilərin keçirilməsi əsasları” mövzusunda vətəndaş forumu keçirilib. SMDT-nin hüquqşunası Azər Qasımov Parlament seçkilərinin keçirilməsinin qanuni əsasları haqda iştirakçıları məlumatlandırıb.

Müzakirələr zamanı Müsavat partiyasının Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas SMDT-nin Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanun layihəsinin  Parlament tərəfindən qəbul edilməməsində təəssüfləndiyini bilidirib. Həmçinin 7 noyabr 2010-cu ildə keçiriləcək Parlament seçkiləri öncəsi siyasi vəziyyətin normal olmamasını və belə olan halda da ədalətli seçkilərin keçirilməsi üçün demokratik mühitin olmamasından danışıb.

“Sumqayıt Gənc Hüquqi Maarifçilik” İctimai Birliyinin nümayəndəsi Ramin Zeynallı 2000-ci ildən bəri olan bütün seçkilərdə müşahidəçi olduğunu qeyd edərək vurğulayıb: “o vaxtdan bu vaxtadək seçkilərdə saxtakarlıqların artmasına baxmayaraq müşahidəçilərin peşəkarlığının demək olar ki, artmadığını müşahidə edirik”.

Read Article

ALİ MƏHKƏMƏ SMDT-nin İŞİNİ YENİDƏN APELYASİYA MƏHKƏMƏSİNƏ GÖNDƏRDİ

PDF faylını alÇapE-poçt

Posted on 14.08.10

Ali Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) Ədliyyə Nazirliyinə qarşı qeydiyyata alınmaqdan imtina ilə bağlı kassasiya şikayətini təmin etməyib. Ədliyyə Nazirliyinin nümayəndəsinin iştirak etmədiyi məhkəmə prosesində hakim Aslan Kalbalıyevin sədrlik etdiyi Məhkəmə Kollegiyası işin yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarıb.

“Ali Məhkəmə SMDT-nin iddiasını təmin etmədi. Bununla əlaqədar olaraq biz birləşmək hüququnun təmin olunması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindəyik.” SMDT-nin sədri Anar Məmmədli bildirib.

Read Article

“Parlament seçkilərinə hazırlıq” mövzusunda “Vətəndaş forumu”

PDF faylını alÇapE-poçt

Posted on 10.08.10

5 avqust 2010-cu ildə Gəncə şəhərində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi “Parlament seçkilərinə hazırlıq” mövzusunda “Vətəndaş forumu” keçirib. SMDT-nin Gəncə bölgə koordinator köməkçisi Orxan Məmmədov iştirakçıları salamlayıb və forumu açıq elan edib.

SMDT-nin sədri Anar Məmmədli təşkilatın yaranması, inkişaf tarixi və məqsədləri haqqında forum iştirakçılarına məlumat verib. Təşkilat sədri həmçinin çıxışında Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinin əhəmiyyətindən, seçkiqabağı siyasi, hüquqi vəziyyətdən, təşkilat olaraq SMDT-nin parlament seçkilərindən gözləntiləri, seçki qanunvericiliyinə olan dəyişikliklərin seçki prosesinə olan mənfi təsiri barədə məruzə edib.

 

Read Article

Limon Tour World Guide Tranzito