1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

Xəbərlər

Bölgələrdə seçicilərin maarifləndirilməsi davam etdirilir

PDF faylını alÇapE-poçt

Posted on 23.07.10

İyulun 14-də Mingəçevir şəhərində Demokratiyanın Himayəsi Fondunun dəstəyi ilə Parlament seçkiləri öncəsi  seçicilərin maarifləndirilməsi proqramı çərçivəsində Seçicilərin Məhəlli görüşü keçirilib. Görüşdə Mingəçevir bölgə nümayəndəsi Ehtiram Muradlı seçki müşahidəçiliyinin əhəmiyyəti və müşahidəçilərin hüquq və vəzifələri barədə məlumat verib.

Könüllü İxtiyar Həsənli Azərbaycanda seçkilərin saxtalaşdırıldığını, bunun da nəticə olaraq Mingəçevirdə indiyə qədər bir dəfə də olsa deputatlarını görmədiklərini bildirib və bunun qarşısının alınması üçün isə ancaq seçicilərin səslərindən maksimum istifadə etməli olduğunu qeyd edib.

Read Article

Seçki Şikayətlərinin verilməsi qaydaları seçicilərə izah edilib

PDF faylını alÇapE-poçt

Posted on 23.07.10

 

Iyulun 19-da, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Göygöl rayonunda “Seçki şikayətlərinin verilməsi qaydası” mövzusunda ictimai forum keçirib. Forumda SMDT-nin hüquqşunası Azər Qasımov iştirakçılara seçki şikayətlərinin hazırlanması və təqdim olunması ilə bağlı prosedur qaydaları haqda məlumat verib.

Read Article

Vətandaşlar seçkilərə ümidsiz gedir

PDF faylını alÇapE-poçt

Posted on 08.07.10

İyunun 27-də ildə Sabirabad rayonunda Seçicilərin Məhəlli Görüşü keçirilib. Görüşdə Sabirabad bölgə nümayəndəsi Sahib Rüstəmli seçki müşahidəçiliyinin əhəmiyyəti və müşahidəçilərin hüquq və

vəzifələri barədə məlumat verib.

Könüllü Rövşən Sadıqlı müşahidəçilərin təcrübəsnin artırılması üçün xarici ölkələrdə keçirilən seçkilərdə mütamadi olaraq müşahidəçilərin iştirakının təmin edilməsindən danışıb.

İyunun 30-da Lənkəran şəhərində keçirilən Seçicilərin Məhəlli Görüşündə  Parlament seçkilərinin fərqli cəhətləri və seçkinin təşkili ilə bağlı müzakirələr aparılıb.

Read Article

Seçicilər aktivliyin artırılmasını istəyirlər

PDF faylını alÇapE-poçt

Posted on 30.06.10

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 2010-cu ilin noyabrda  keçiriləcək Milli Məclisə seçkilərlə bağlı bölgələrdə seçiciləri maarifləndirmək və seçki aktivliyini artırmaq məqsədi ilə Vətəndaş Forumları keçirir.

 

Təşkilatın növbəti forumları 26 iyunda 82 saylı Ağcabədi DSK ərazisində, 27 iyunda 81 saylı Beyləqan DSK ərazisində, 28 iyunda isə 79 saylı İmişli DSK ərazisində keçirilmişdir.

 

Forumlarda SMDT-nin Beyləqan bölgəsi üzrə koordinatoru Əmir Orucov seçkidə iştirakın əhəmiyyəti, seçki aktivliyi və seçki müşahidəçiliyinin əhəmiyyətindən danışıb.

Read Article

İyun 22-də, Göyçay rayonunda “Seçki Komissiyalarının Fəaliyyəti və İctimai Nəzarəti” mövzusunda vətəndaş forumu keçirilib.

PDF faylını alÇapE-poçt

Posted on 23.06.10

İyun 22-də, Göyçay rayonunda “Seçki Komissiyalarının Fəaliyyəti və İctimai Nəzarəti” mövzusunda vətəndaş forumu keçirilib. Forumda SMDT-nin hüquqşunasi Azər Qasımov iştirakçılara seçki kommisiyaların tərkibi, formalaşdırılması və ictimai nəzarətin əhəmiyyəti barədə məlumat verib.

Forumda iştirak edən BAXCP-nın Göyçay rayon təşkilatının sədri Bəxtiyar Zeynalov BAXCP-nın DSK-na təyin etdiyi nümayəndənin yerinə başqa adamı üzv təyin edildiyindən şikayət edib. Bundan əlavəBAXCP sədri qadınların seçkilərdə iştirakının əhəmiyyətini vurğulayaraq əlavə edib: “Qadınlar seçkilərdə təkcə aktiv seçki hüququndan deyil, həmçinin passiv seçki hüquqlarından da istifadə etməlidirlər. Bələdiyyə və Parlament seçkilərində öz namizədliklərini irəli sürməlidirlər”.
Vətəndaş Həmrəyliyi Partiyasının Göyçay rayon təşkilatının sədri Zöhrab Rəsulov gənc müşahidəçilərin seçki hüququnun yaxşı öyrənməsinin vacibliyindən danışıb və qanunvericiliyə deputatın öz seçiciləri tərəfindən geri çağırılması üçün müddəanın salınmasını təklif edib. Zöhrab Rəsulov bunu belə olan halda deputatın öz seçiciləri qarşısında daha məsuliyyətli olacağı ilə əsaslandırıb.

Müəllimə  Günel Əhmədova seçki komissiyalarının tərkibinin aktiv gənclərdən təşkil olunmasını təklif edib: “Yəni konkret yaş həddi müəyyən edilsin. Belə olan halda ədalətli seçkilər keçirməyə nisbətən nail olmaq olar”.

Demokratik Azərbaycan Dünyası Partiyasının Göyçay rayon gənclər təşkilatının sədri Kəmalə Kərimova ötən seçkilərdə Exit-pollda iştirak edərkən insanların qorxu içində olduğunu qeyd edib və seçicilərin hətta anonim anketlərdə kimə səs verdiklərini yazmağa qorxduğunu bildirib.
Limon Tour World Guide Tranzito