1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

Xəbərlər

SMDT Siyasi Azadlıqların durumu ilə bağlı İctimai Forum keçirib

PDF faylını alÇapE-poçt

Posted on 11.10.12

Oktyabrın 11-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) dəstəyilə "Azərbaycanın Avropa İttifaqı  Şərq Tərəfdaşlıq Proqramında iştirakı şəraitində siyasi azadlıqların durumu" mövzusunda İctimai Forum keçirib.

SMDT sədri Anar Məmmədli üç il öncə Azərbaycanın 5 postsovet ölkəsi (Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna) ilə birgə Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramında iştiraka dəvət aldığını xatırladaraq, bu prosesdə insan haqları və demokratikləşmə ilə bağlı islahatların vacib kriteriya olduğunu bildirib:“Azərbaycanın bu proqramda iştirak müddətində ilk dəfə olaraq, gələn il ölkədə prezident seçkisi keçiriləcək və ölkəmizin Avropaya inteqrasiyası baxımından Şərq Tərəfdaşlıq təşəbbüslərinin siyasi azadlıqların durumu konteksində dəyərləndirilməsi vacibdir”.

İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlunun moderator olduğu "Avropa İttifaqı Şərq Tərəfdaşlıq Proqramının siyasi azadlıqların təmin olunması yönündə hədəfləri" mövzusunda müzakirələrdə  əsasən sözügedən proqramın əhəmiyyətindən söhbət açılıb. Q.İbadoğlu AB-nin Şərq Tərəfdaşlıq Proqramı üzrə təşəbbüslərindən biri kimi Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycandan 45 QHT-nin üzv olduğunu xatırladıb.

Read Article

SMDT Sumqayıtda növbəti vətəndaş forumu keçirib

PDF faylını alÇapE-poçt

Posted on 08.10.12

Oktyabrın 6 – da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və Milli Demokratiya İnstitutunun maliyyə dəstəyi ilə “Vətəndaş İştirakı və Seçkili orqanların Hesabatlılığı”  proqramı çərçivəsində Sumqayıtda növbəti Vətəndaş Forumu keçirib. Forumda QHT, KİV nümayəndələri, partiya, gənclər, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər. Forum zamanı əsasən 3 mövzu- “Azərbaycanda Seçici Baxışlari” ictimai rəy sorğusunun nəticələri, yerli icmaların yaradılması və fəaliyyəti, yerli komitələrin yaradılması barədə müzakirələr aparılıb.

Forum zamanı SMDT tərəfindən respublika üzrə keçirilmiş "Azərbaycanda Seçici Baxışları" İctimai Rəy Sorğusunun nəticələri barədə SMDT – nin hüquqşünası Asima Nəsirli təqdimat keçirib. Təqdimat zamanı tədbir iştirakçıları əldə olunan statistik göstəricilərə öz münasibətlərini bildiriblər. Sumqayıt Texniki Kollecinin politologiya müəllimi Ülvü Məmmədov bildirdi ki, Cəmiyyətin özündə ciddi problemlər var.Vətəndaşların proseslərə münasibəti qənaətbəxş deyil. Siyasi institutlarda ciddi problemlər var. Buna səbəb isə cəmiyyətdə alt yapının formalaşmamasıdır. Yəni, iradənin formalaşması üçün yeni gənclik formalaşmalı, icmaların faliyətinin artırılması üçün xüsusi komissiyalar yaradılmalı, məhəllələrdə fəal sakinlər maarifləndirilməlidir. Ümid Partiyasının üzvü Sadıq Əkbər isə insanların etinasız olması məsələsinə münasibət bildirərək deyib ki, bir dəfə imza toplayıb problemi həll edə bilmədikdə vətəndaşlar ikinci dəfə bu işlərə etinasız yanaşır, yenidən imza toplanma prosesinə qoşulmaq istəmirlər. Gənc Təbiblər Şurasının üzvü Aynurə Quliyeva isə ən mühüm problemin seçikilər oldugunu bildirdi .Yaradılan icmaların fəaliyyətində hər kəsi aktiv  olmağa çağırdı.

Daha sonra layihə çərçivəsində Sumqayıtda yaradılacaq yerli icmaların məqsədi, icmalar üçün qanunvericilikdə nəzərdə tutulan imkanlar, icmaların görə biləcək işlər haqqında iştirakçılara məlumat verilib. Sonda 7 nəfərin təmsil olunması ilə yerli icma yaradılıb.

 

SMDT Media və İctimai Əlaqələr Departamenti

SMDT Bakıda növbəti vətəndaş forumu keçirib

PDF faylını alÇapE-poçt

Posted on 02.10.12

Oktyabrın 2 – də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş  İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində Bakıda növbəti Vətəndaş Forumu keçirib. Forumlarda  siyasi partiyalar, QHT, KİV nümayəndələri, tələbələr, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər.

Read Article

SMDT Lənkəranda vətəndaş iştirakı ilə bağlı növbəti forum keçirib

PDF faylını alÇapE-poçt

Posted on 01.10.12

Sentyabrın 29 – da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş  İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində Lənkəranda növbəti Vətəndaş Forumu keçirib. Forumda yerli QHT, KİV nümayəndələri, gənclər, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər.

Read Article

SMDT Gəncədə növbəti vətəndaş forumu keçirib

PDF faylını alÇapE-poçt

Posted on 28.09.12

Sentyabrın 27 - də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində Gəncədə növbəti Vətəndaş Forumu keçirib. Forumda QHT, KİV nümayəndələri, gənclər, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər. Forum zamanı əsasən 3 mövzu- “Azərbaycanda Seçici Baxışlari” İctimai Rəy Sorğusunun nəticələri, yerli icmaların yaradılması və fəaliyyəti, yerli komitələrin yaradılması barədə müzakirələr aparılıb.

Read Article

Limon Tour World Guide Tranzito