1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

Donorlar

PDF faylını al Çap E-poçt

Posted on 18 Sentyabr 2012

 

Frifrix Ebert FonduFridrix Ebert adına Fond demokratik prinsiplərə əsaslanan siyasi və ictimai təhsilə, dünyanın müxtəlif ölkələri ilə ictimai-siyasi dialoqlara dəstək verən, sosial-demokratiya və mədəniyyət sahəsində fəaliyyət göstərən azad və qeyri - kommersiya təşkilatıdır. Fondun baş ofisləri Bonn və Berlin şəhərlərində yerləşir. Fridrix Ebert fondu 1925-ci ildə demokratik yolla seçilən ilk alman reyxs-prezidenti Fridrix Ebertin adını daşıyır.
Bundan başqa, Fond federativ Almaniyada 6 mərkəzə, həmçinin regionlarda 13 ofisə sahibdir. Fond 100-dən çox ölkədə fəaliyyət planına malikdir,
90-dan çox ölkədə ofisi var.


Website: http://www.fesdc.org


ATƏT-in Bakı Ofisi- Avropa, Mərkəzi Asiya və Şimali Amerikadan 56 ölkənin üzv olduğu ATƏT dünyanın ən böyük regional təhlükəsizlik təşkilatıdır. ATƏT-in Azərbaycandakı prioritetləri bunlardır: Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin Avropa Şurasına təqdim edildikdən sonra yerinə yetirilməsi; seçkilər, kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti sahəsində olan qanunverici islahatların yerinə yetirilməsi;  ölkədə hökumət və qeyri-hökumət institutları arasında münasibətlərin yenilənməsi; polis və penitensiar işçilərə təlimlərin keçirilməsi; kütləvi medi azadlığı və məsuliyyətinin artırılması; gender və gənclərlə bağlı məsələlər

Website: http://www.osce.org/baku

ABŞ German Marşal Fondu- Şimali Amerika və Avropa arasında transatlantik və qlobal məsələlərlə bağlı əməkdaşlığın və qarşılıqlı anlaşmanın yaxşılaşdırılması yönündə çalışan qeyri-partizan və qrant verən müəssisədir. GMF bu işi transatlantik sferada işləyən şəxsləri və institutları dəstəkləməklə, ictimai və biznes sektorlarının rəhbər və üzvlərini bir yerə toplamaqla, transatlantik mövzularda araşdırma və analizlərin aparılmasına töhfə verməklə, və yenidən yaradılmış transatlantic əlaqələrin gücləndirilməsi məqsədilə mübadilə imkanları yaratmaqla həyata keçirir. Bundan əlavə GMF demokratiyanın gücləndirilməsi sahəsində təşəbbüsləri də dəstəkləyir. Qrant verilməsi GMF-in əsas missiyalarından biri olmaqla, transatlantic məsələlərlə bağlı çalışan müəssisələrə və şəxslərə maliyyə yardımı göstərilməsində mühüm rol oynayır.

Website: http://www.gmfus.org/

ABŞ Demokratiyanı Himayə Fondu (NED)- Demokratiyanı Milli Himayə Fondu dünyada demokratik institutların inkişafına və gücləndirilməsinə dəstək verən özəl, qeyri-hökumət fonddur. Hər il, ABŞ Konqresinin maliyyə yardımı ilə NED 90-dan çox ölkədə demokratik məqsədlərlə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının 1000-dən çox layihəsinə maliyyələşdirir. Fond siyasi və iqtisadi azadlığı, güclü vətəndaş cəmiyyətini, azad medianı, insan hüquqları və qanunun aliliyini dəstəkləyir.

Website: http://www.ned.org/

Milli Demokratiya Institutu (NDI)- gəliri olmayan, qeyri-partizan, və demokratik institutları və təcrübələri dəstəkləyən qeyri-hökumət təşkilatıdır. MDİ siyasi və vətəndaş təşkilatlarını yaradılması və gücləndirilməsi, seçkilərdə təhlükəsiz iştirakı, və vətəndaş iştirakı, hökumətin hesabatlılığının təmin edilməsinə yardım göstərir. İnstitutun vətəndaş iştirakı, demokratiya və texnologiya, və demokratik idarəçilik sahəsində işlər görür. MDİ-ın Azərbaycanda 1995-ci ildə ofisi açılıb və onlar vətəndaşların həyatlarına təsir edəcək qərarların verilməsində iştirakını dəstəkləyərək, Azərbaycandakı partnyorlarla bununla bağlı ideyaları bölüşürlər. MDİ tərəfindən həyata keçirilən və hal-hazırda keçirilməkdə olan proqramlar vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, qadınların və gənclərin idarəetmədə iştirakına, siyasi partiyaların inkişafına, və seçkilərdə təhlükəsiyn təmin edilməsinə yönəlmişdir.

Website: http://www.ndi.org/Azerbaijan

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) USAİD 100-dən çox ölkədə demokratiya və idarəçilyin möhkəmləndirilməsi; səhiyyə, ərzaq təhlükəsizliyi, ətraf mühiti qorunması və təhsil sahəsində işlər görür, cəmiyyətlərə konfliktlərin qarşısının alınmasında, eləcə də təbii və texnogen fəlakətlər zamanı humanitar yardım göstərir. Təşkilat özəl könüllü təşkilatları, yerli təşkilatlar, universitetlər, özəl sektor, beynəlxalq agentliklər, və ABŞ-ın digər dövlət agentlikləri ilə yaxından əməkdaşlıq edirlər.

Website: http://azerbaijan.usaid.gov/

Kanada hökuməti-kanada Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqları, demokratik inkişaf, gənclik və yoxsulluğun azaldılmasına dəstək göstərir və bu sahədə həyata keçirilən layihələrə donorluq edir.

Britaniya hökuməti - Bakıdakı Britaniya Səfirliyi Britaniya Hökumətini Azerbaycanda təmsil edir. Onun məqsədi Birləşmiş Krallığın hökuməti və dövlət qurumları və Azərbaycan Hökuməti və dövlət qurumları arasında vasitəçilik etmək və Birləşmiş Krallığın beynəlxalq prioritetlərini heyata keçirməkdir.Britaniya Səfirliyi insan hüquqları və demokratiya, konfliktlər, ətraf mühitlə bağlı görülən işləri maliyyələşdirir.

Website: http://ukinazerbaijan.fco.gov.uk

 

Limon Tour World Guide Tranzito