1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

TƏŞKİLAT HAQQINDA

PDF faylını al Çap E-poçt

Posted on 13 Sentyabr 2012

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, seçki sistemi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı yönündə çalışan tərəfsiz qeyri-hökumət təşkilatıdır.

SMDT qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri və üzvləri tərəfindən 1 dekabr 2008-ci ildə yenidən təşkil edilib. Qeyd edək ki, 14 may 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qanunsuz iddiası əsasında Xətai rayon məhkəməsi SMM-in qeydiyyatını ləğv edib. SMM təsisçiləri məhkəmənin bu qərarına etiraz edərək, Apellyasiya Məhkəməsinə və daha sonra Ali Məhkəməyə şikayətlə müraciət ediblər. Ancaq yerli məhkəmələrdə SMM təsisçilərinin şikayəti təmin olunmadığı üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilib.

SMDT proqramlarını ölkənin 11 bölgəsində (Bakı, Gəncə, Sumqayıt, Şəki, Mingəçevir, Göyçay, Cəlilabad, Sabirabad, Beyləqan, Quba və Naxçıvan) fəaliyyət göstərən nümayəndəlikləri, könüllülər qrupu, habelə digər vətəndaş qrupları və KİV-lə əməkdaşlıq çərçivəsində icra edir.

SMDT-nin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

a) Siyasi iştirak imkanlarının genişləndirilməsi, azad və ədalətli seçkilərin keçirilməsinə yardım;

b) Vətəndaşların ictimai idarəetmədə fəal iştirakına yardım və bu yönümdə bacarıqların artırılması;

c) Yerli və mərkəzi dövlət orqanlarının fəaliyyətində aşkarlıq və hesabatlılığın təmin edilməsi;

Bu fəaliyyət çərçivəsində siyasi azadlıqların təmin olunması və seçki sisteminin təkmilləşdirlməsi, vətəndaşların ictimai-siyasi idarəetmədə iştirakının artırılması, dövlət idarəetməsində hesabatlılığın inkişafı yönündə fəaliyyət göstərir. 

Seçkilər dövründə (Prezident, Bələdiyyə və Parlament) seçici fəallığının artırılması, könüllü seçki müşahidəçilərin hazırlanması və seçkilərin monitorinqini həyata keçirir.

Ökədə siyasi fəaliyyət imkanlarının artırılması məqsədilə müvafiq qanunvericilik (Seçki Məcəlləsi, “Siyasi partiyalar haqqında” qanun, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun, “QHT-lər haqqında” qanun və sair) və təcrübənin təkmilləşdirlməsi yönündə təkliflər hazırlamayır, bu təkliflərin təbıliği yönündə ictimai vəkillik kampaniyası təşkil edir.

Yerli icmalar və müxtəlif vətəndaş qruplarının (xüsusən qadınlar və gənclər; bu qruplar ictimai-siyasi proseslərdə daha böyük rola sahib olmağa can atırlar) idarəetmədə iştiraka dair hüquqi qaydalar barədə məlumatlandırılmasını, habelə bacarıqlarının artılıması yönündə tədbirlər təşkil edir. Eyni zamanda SMDT vətəndaşların yerli proseslərə cəlb olunmasında, yerli səviyyədə problemlərinin həll edilməsində, təşəbbüskar rolunda çıxış etməsində başlıca hərəkətverici qüvvə olmağı planlaşdırır.

İşçiləri üçün bacarıqların artırılması istiqamətində təlimlər planı həyata keçirir, eyni zamanda müxtəlif sahələr üzrə qaydalar toplusu hazırlamaqla fəaliyyətlərin uğurla həyata keçirilməsini asanlaşdırır. Bununla bərabər SMDT daxili siyasət və prosedurların təkmilləşdirilməsi və işçi heyətin işində əhəmiyyətli inkişafı istiqamətində işləyır. SMDT daxili və xarici kommunikasiya planının, maliyyə davamlılığının yenilənməsinə, hərtərəfli monitorinq və qiymətləndirmə sisteminin inkişafına xüsusi diqqət yetirır. 

Yerli müşahidəçilik

SMDT-nin üzvləri indiyədək SMM çərçivəsində Azərbaycan Respublikasında keçirilən 12 seçkini (əlavə və təkrar parlament seçkiləri, referendum, parlament, prezident və bələdiyyə seçkilərini) müşahidə ediblər. Bu seçkilər dövründə 10000 nəfərdən artıq könüllü müşahidəçiyə 600-ə yaxın təlim keçirilib və onların seçki komissiyalarında akkreditə olunmaları üçün hüquqi-texniki yardım göstərilib.

Beynəlxalq Müşahidəçilik

SMDT ATƏT-ə üzv 17 ölkədən 22 QHT-ni birləşdirən Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsinin (ENEMO) üzvüdür. İndiyədək SMDT-nin 360 nəfərdən artıq üzvü ENEMO-nun təşkilatçılığı ilə Beynəlxalq Seçki Müşahidə Missiyalarında iştirak edib. SMDT üzvləri ENEMO və ATƏT/DTİHB-nin Beynəlxalq Müşahidə Missiyaları çərçivəsində Albaniya, Belarus, Norveç, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan, Kosovo, Moldova və Ukraynada keçirilən seçkiləri müşahidə ediblər.

 

Limon Tour World Guide Tranzito