1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT Bakıda növbəti vətəndaş forumu keçirib

Posted on 02.10.12

PDF faylını alÇapE-poçt

Oktyabrın 2 – də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş  İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində Bakıda növbəti Vətəndaş Forumu keçirib. Forumlarda  siyasi partiyalar, QHT, KİV nümayəndələri, tələbələr, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər.

Read Article

SMDT Lənkəranda vətəndaş iştirakı ilə bağlı növbəti forum keçirib

Posted on 01.10.12

PDF faylını alÇapE-poçt

Sentyabrın 29 – da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş  İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində Lənkəranda növbəti Vətəndaş Forumu keçirib. Forumda yerli QHT, KİV nümayəndələri, gənclər, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər.

Read Article

SMDT Gəncədə növbəti vətəndaş forumu keçirib

Posted on 28.09.12

PDF faylını alÇapE-poçt

Sentyabrın 27 - də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində Gəncədə növbəti Vətəndaş Forumu keçirib. Forumda QHT, KİV nümayəndələri, gənclər, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər. Forum zamanı əsasən 3 mövzu- “Azərbaycanda Seçici Baxışlari” İctimai Rəy Sorğusunun nəticələri, yerli icmaların yaradılması və fəaliyyəti, yerli komitələrin yaradılması barədə müzakirələr aparılıb.

Read Article

SMDT Xaçmazda vətəndaş iştirakı ilə bağlı növbəti forum keçirib

Posted on 26.09.12

PDF faylını alÇapE-poçt

Sentyabrın 25-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş İştirakı və Seçkili Orqanların Hesabatlılığı” proqramı çərçivəsində Xaçmazda növbəti Vətəndaş Forumu keçirib. Forumda Xaçmazla yanaşı Quba,  Qusar və Şabranı da əhatə etməklə QHT, KİV nümayəndələri, tələbələr, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər.

 

 

 

Forum zamanı SMDT tərəfindən respublika üzrə keçirilmiş “Azərbaycanda Seçici Baxışlari İctimai Rəy Sorğusunun Nəticələri”  barədə SMDT – nin regionlarla iş üzrə meneceri Cavid Nəbiyev təqdimat keçirib. Təqdimat zamanı tədbir iştirakçıları əldə olunan statistik göstəricilərə öz münasibətlərini bildiriblər. Hüquqşunas olaraq çalışan Naim Şahmən bildirib  ki, məmur özbaşınalığı və korrupsiya həqiqətən ölkə miqyasında ciddi problem olaraq qalmaqdadır. Bu özünü əsas hakimiyyət institutlarından olan məhkəmə sistemlərində daha çox göstərir. Həmçinin Fermer Hüquq Müdafiə Cəmiyyətinin nümayəndəsi Solmaz Əsədova sahibkarlıq üçün imkanların olmaması probleminin keçirilən sorğuda göstərilən rəqəmlərdən daha yüksək olduğunu bildirib. Yerli səviyyəli problemlərin həllində vətəndaş iştirakının aşağı olmasında əsas səbəb kimi həm ailələrdə olan basqıların, həmçinin yerli idarəetmə orqanlarının bu işdə maraqlı olmamasını göstərib. O bildirib ki, keçirilən tədbirlərə, təlimlərə Qubadan gənclərin, əsasən də xanımların cəlb edilməsində çətinlik çəkirlər. Kitabxanaçı olaraq çalışan Ayna İsmayılova millət vəkillərinin fəallığının aşağı olması səbəbindən onlara qarşı etimadın itməsindən danışıb. O bildirib ki, şəxsən özü öz millət vəkillərinə yazılı olaraq müraciət göndərib, lakin cavab gəlməyib. Bundan sonra onun mobil nömrəsinə zəng etdikdən sonra o “mənə bir də zəng eləmə və nömrəmi sil” cavabı verib. Qeyd edək ki, 55 saylı Xaçmaz seçki dairəsindən millət vəkili olaraq 58.46 %(13031 nəfər) səs faizi ilə Əşrəfov Arif Əşrəf oğlu seçilib.

 

 

 

Forumda daha sonra layihə çərçivəsində Xaçmazda yaradılacaq yerli icmaların məqsədi, icmalar üçün qanunvericilikdə nəzərdə tutulan imkanlar, icmaların görə biləcəyi işlər haqqında iştirakçılara məlumat verilib. Sonda 8 nəfərin təmsil olunması ilə yerli komitə yaradılıb.

 

 

SMDT Media və İctimai Əlaqələr Departamenti

Kolumbiya Universitetinin professoru Azərbaycan seçkiləri ilə bağlı məruzə edib

Posted on 24.09.12

PDF faylını alÇapE-poçt

Kolumbiya Universitetinin professoru Azərbaycanseçkiləri ilə bağlı məruzə edib

Fredrik Sjoberq SMDT-nin müşahidə sənədlərinə istinad edib


Sentyabrın 18-də ABŞ-ın Kolumbiya Universitetinin doktoru  Fredrik Sjoberq Corc Vaşinqton Universitetində “Seçki günü Yerli seçki müşahidəçiliyi” mövzusunda dinləmə keçirib. O çıxışında 3 ölkə-Azərbaycan, Qırğızıstan və Gürcüstanda sözügedən sahə ilə bağlı praktikaya əsaslanaraq, vətəndaş cəmiyyətindən olan müşahidəçilərin seçki günündə saxtakarlıq hallarını azaltmaq gücünə malik olduqlarını göstərib. Buna baxmayaraq, monitorinq zamanı hakim orqan səsləri satınalma, hədə-qorxu gəlmə kimi digər saxtakarlıq üsullarına əl atır, beləliklə də qeyri-azad və ədalətsiz seçkilər keçirilməkdə davam edir.

Sjöberq hazırda Azərbaycanda hökm sürən vəziyyəti nümunə gətirərək qeyd edib ki, bu ölkədə seçki zamanı seçki keçirilən məkanda veb-kameraların quraşdırılması saxtakarlığı azaltmır, sadəcə saxtakarlığın hası üsullarla törədildiyini göstərir. Hakim orqan bundan da “çıxış yolu”nu bilir: belə ki onlar kameraların yerləşdirilmədiyi yerlərdə yenidən seçkilərin nəticələrini saxtalaşdırmaqda davam edirlər. O öz çıxışında əsasən seçki məntəqələrindən kənarda seçki müşahidəçilərinin seçkilərə təsiri ilə bağlı vasitələrdən və proqramlardan istifadə etməyi tövsiyyə edib. O həmçinin yerli seçki müşahidəçiliyinə adıçəkilən 3 ölkədə aparılan yerli seçki müşahidəçiliyinə, Azərbaycanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) seçkilər zamanı təşkil etdiyi seçki müşahidəçiliyinə əsaslanaraq qeyd edib ki, seçkilər zamanı 1 saatdan az müşahidəçilik edən beynəlxalq müşahidəçilərlə paralel olaraq yerli müşahidəçilərin də rolu az deyil.  Onlar hətta seçki gününün sonuna qədər, hətta səslərin sayılmasında da iştirak edir. Son zamanlar müşahidəçilərin təsadüfi yolla seçilməsi də onların seçkilərə təsirini daha yaxşı ölçməyə əsas verir.

Read Article

Limon Tour World Guide Tranzito