1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT Bərdədə növbəti vətəndaş forumu keçirib

Posted on 21.09.12

PDF faylını alÇapE-poçt

Sentyabrın 21 – də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş  İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində Bərdədə növbəti Vətəndaş Forumu keçirib. Forumda  QHT, siyasi partiya və Həmkarlar İttifaqları, KİV nümayəndələri, tələbələr, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər.

"Forum zamanı SMDT tərəfindən respublika üzrə keçirilmiş Azərbaycanda Seçici Baxışları İctimai Rəy Sorğusunun Nəticələri barədə SMDT-nin regionlarla iş üzrə meneceri Cavid Nəbiyev təqdimat keçirib. Təqdimat zamanı tədbir iştirakçıları əldə olunan statistik göstəricilərə öz münasibətlərini bildiriblər. “Böyük Səda” İcma Məlumat Mərkəzinin nümayəndəsi Zülfiyyə Babazadə bildirib ki, insanların seçkilərə inamının aşağı səviyyədə olmasından dolayı onları qınamaq düzgün deyil. Öz məişət problemlərinə başları qarışdığından onlar ictimai-siyasi prosseslərdə fəallıq göstərə bilmirlər. Həmçinin iştirakçılar millət vəkillərinin fəallığının çox aşağı olmasından, bununla yanaşı dövlət qurumlarının fəaliyyətsizliyindən vətəndaşların onlara qarşı etimadının itməsinə, ümumilikdə seçkili orqanlara keçirilən seçkilər prosesinə insanların marağının azalmasına gətirib çıxarıb.

Həmçinin yerli problemlərin həlli istiqamətində yaradılması nəzərdə tutulan yerli icmaların sturukturu və fəaliyyəti barədə müzakirələr aparılıb. İştirakçılar insanların yerli səviyyəli problemlərin həlli zamanı birlik halında fəaliyyət göstərməsinin önəmli olmasını vurğulayıblar. Onlar bildiriblər ki, təəssüf ki, icra hakimiyyəti orqanların insanların birləşməsi zamanı dəstək olmaq və problemin həllinə yardım göstərməkdən daha çox problemlər yaradır, hətta bu zaman polis gücündən də istifadə edirlər".

Qeyd edəki ki, layihə çərçivəsində Bərdədə yaradılacaq yerli icmaların məqsədi, icmalar üçün qanunvericilikdə nəzərdə tutulan imkanlar,  icmaların görə biləcək işlər haqqında iştirakçılara SMDT – nin hüquqşunası Asima Nəsirli məlumat verilib. Sonda 11 nəfərin təmsil olunması ilə yerli icma yaradılıb. Yaradılmış icmanın üzvlər sırasında QHT nümayəndələri, icma üzvləri, tələbə və sadə vətəndaşlar təmsil olunublar.

SMDT Beyləqanda növbəti vətəndaş forumu keçirib

Posted on 19.09.12

PDF faylını alÇapE-poçt

 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı (Aİ) və ABŞ-ın Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş  İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində sentyabrın 18-də Beyləqanda vətəndaş iştirakı ilə bağlı növbəti vətəndaş forumu keçirib. Forumda  QHT, siyasi partiyalar və Həmkarlar İttifaqları, KİV nümayəndələri, bələdiyyə üzvləri,  gənclər, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər. Forum zamanı əsasən 3 mövzu- “Azərbaycanda Seçici Baxışlari” İctimai Rəy Sorğusununnəticələri, yerli icmaların yaradılması və fəaliyyəti, yerli komitələrin yaradılması barədə müzakirələr aparılıb.

 

Forum zamanı SMDT tərəfindən respublika üzrə keçirilmiş “Azərbaycanda Seçici Baxışları” İctimai Rəy Sorğusunun Nəticələrinin təqdimatı və müzakirəsi təşkil edilib. Həmçinin iştirakçılarla birgə yerli problemlərin həlli istiqamətində yaradılması nəzərdə tutulan yerli komitələrin strukturu və fəaliyyəti barədə müzakirələr aparılıb. Bundan başqa, yaradılacaq yerli komitələrin məqsədi, yerli komitələr üçün üçün qanunvericilikdə nəzərdə tutulan imkanlar, komitələrdə təmsil olunacaq şəxslərə aid tələb və öhdəliklər, komitələrin görə biləcəyi işlər haqqındaməlumat verilib.

Read Article

SMDT Göyçay və Şəkidə növbəti vətəndaş forumları keçirib

Posted on 14.09.12

PDF faylını alÇapE-poçt

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı (Aİ) və ABŞ-ın Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş  İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində sentyabrın 13-də Göyçayda, sentyabrın 14-də isə Şəkidə növbəti vətəndaş forumlarını keçirib. Forumlarda  QHT, siyasi partiyalar və Həmkarlar İttifaqları, KİV nümayəndələri, bələdiyyə üzvləri, gənclər, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər. Forumlar zamanı əsasən 3 mövzu- “Azərbaycanda Seçici Baxişlari” İctimai Rəy Sorğusunun nəticələri, yerli icmaların yaradılması və fəaliyyəti, yerli komitələrin yaradılması barədə müzakirələr aparılıb.

Read Article

SMDT Bakıda vətəndaş iştirakı ilə bağlı forum keçirib

Posted on 31.08.12

PDF faylını alÇapE-poçt

Avqustun 31-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və ABŞ-ın Milli Demokratiya İnstitutunun dəstəyi ilə “Vətəndaş iştirakı və Seçkili Orqanların Hesabatlılığı” proqramı çərçivəsində Bakıda Vətəndaş Forumu keçirib. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanda yerli və mərkəzi idarəetmədə vətəndaş iştirakını artırmaq,  yerli idarəetmə ilə bağlı vəziyyəti öyrənmək, vətəndaşlar arasında bu məsələ ilə bağlı maarifləndirmə işi aparmaq, vətəndaş-dövlət institutları arasında əlaqələri inkişaf etdirmək və vətəndaş iştirakının vacibliyini təbliğ etməkdir.

 

Forumda SMDT-nin hüquqşünası Asima Nəsirli vətəndaş iştirakı ilə bağlı hüquqi qaydalar, idarəetmədə vətəndaş iştirakına təminat verən qanunlar barədə məlumat verib. Həmçinin, vətəndaşların seçkilərarası dövrdə idarəetmədə iştiraka həvəsləndirilməsi və yerli icmaların bacarıqlarının artırılmasının vacibliyini vurğulayıb.

Forumda Nərimanov rayon icmasının üzvü, aktiv vətəndaş Vüqar Abbasov yerli problemlərin həlli ilə bağlı yaradılmış işçi qrupunun  fəaliyyəti ilə bağlı məlumat verib. O, bildirib ki, Nərimanov rayonunda seçilmiş iki problem- zibillik və binalarda istilik sisteminin olmaması ilə bağlı yerli sakinlərdən 70 imza toplayaraq Nərimanov Rayon İcra Hakimiyyətinə, bələdiyyəyə və 20 saylı Nərimanov ikinci seçki dairəsindən  deputat seçilmiş Adil Əliyevə müraciət edilib.Bir ay keçməsinə baxmayaraq, aidiyyatı orqanlardan heç bir cavab gəlməyib. O həmçinin bildirib ki, bundan sonra sakinlərlə birlikdə şikayətlərə baxılmaması ilə bağlı Ombudsmana şikayət göndərilməsi planlaşdırılır.

Read Article

SMDT ictimai rəy sorğusunun nəticələrini açıqlayıb

Posted on 29.08.12

PDF faylını alÇapE-poçt

 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi(SMDT) may-iyun ayları ərzində Azərbaycanın 12 bölgəsində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Quba, Cəlilabad, Göyçay, Sabirabad, Bərdə və Beyləqanda ictimai rəy sorğusu həyata keçirib. Sorğu 125 seçki dairəsi üzrə təsadüfi yolla seçilmiş 150 seçki məntəqəsində 1186 respondent arasında keçirilib. Sorğunun keçirilməsində məqsəd vətəndaşların dövlət idarəçiliyində, seçkili hakimiyyət orqanlarının formalaşması və fəaliyyətində iştirak səviyyəsini öyrənmək, Azərbaycanda ictimai təşəbbüslər üzrə imkanlar və bacarıqların öyrənilməsidir.

SMDT və digər yerli və xarici sorğu təşkilatlarında çalışan ekspertlər sorğunun hazırlanması və təşkili prosesinə cəlb ediliblər. Bu sorğuyadək SMDT iki dəfə (2006 və 2008-ci illərdə) ölkə üzrə ictimai rəy sorğusu keçirib. SMDT-nin təmsilçiləri indiyədək bir sıra beynəlxalq tədbirlərdə sorğuların texniki və məzmunu planlaması üzrə təlimlərdə, o cümlədən bu sorğunun hazırlanması ərəfəsində Avropa Siyasi Tədqiqatlar Konsorsiumu (Essex Universiteti) və Vyana Universitetinin birgə təlimində iştirak ediblər.

Read Article

Limon Tour World Guide Tranzito