1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT Bərdədə vətəndaş iştirakı ilə bağlı forum keçirib

Posted on 07.08.12

PDF faylını alÇapE-poçt

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT)  Avropa İttifaqının və ABŞ-ın Milli Demokratiya İnstitutunun dəstəyi ilə avqustun 7 – də “Vətəndaş iştirakı və Seçkili Orqanların Hesabatlılığı” proqramı çərçivəsində Bərdə şəhərində Vətəndaş Forumu keçirib. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanda yerli və mərkəzi idarəetmədə vətəndaş iştirakını artırmaq,  yerli idarəetmə ilə bağlı vəziyyəti öyrənmək, vətəndaşlar arasında bu məsələ ilə bağlı maarifləndirmə işi aparmaq, vətəndaş-dövlət institutları arasında əlaqələri inkişaf etdirmək və vətəndaş iştirakının vacibliyini təbliğ etməkdir.

Forumda SMDT-nin Regionlarla İş üzrə Meneceri Cavid Nəbiyev proqram barədə iştirakçıları məlumatlandırıb. SMDT hüquqşünası Asima Nəsirli vətəndaş iştirakı ilə bağlı hüquqi qaydalar, idarəetmədə vətəndaş iştirakına təminat verən qanunlar barədə məlumat verib.

Forumda bölgə koordinatoru Ülviyyə Babasoy  seçkili orqanlar və icra hakimiyyəti orqanları  tərəfindən  idarəetmənin həyata keçirilməsində  vətəndaşların təkliflərini nəzərə almaq, həmin orqanlar  tərəfindən   vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin etmək  və bu sahədə Bərdədə mövcud vəziyyət barədə məlumat verib.

Read Article

Qubada Vətəndaş Forumun keçirilməsinə imkan verilmədi

Posted on 30.07.12

PDF faylını alÇapE-poçt

İyulun 28-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) Avropa İttifaqı və ABŞ-ın Milli Demokratiya İnstitutunun dəstəyi ilə “Vətəndaş iştirakı və Seçkili Orqanların Hesabatlılığı” proqramı çərçivəsində Quba şəhərində keçirilməli olan Vətəndaş Forumu yerli icra hakimiyyəti və polisin müdaxiləsi əsasında baş tutmayıb.

Belə ki, iyulun 27-də Quba Rayon Polis Şöbəsindən (RPŞ) özünü təqdim etməyən polis əməkdaşı SMDT Quba bölgə koordinatoru Aftandil Məmmədova zəng vuraraq onu polis şöbəsinə gəlməsini tələb edib. Məmmədov ona zəng edən polis əməkdaşına xatırladıb ki, onun polis şöbəsinə çağırılması üçün yaşadığı ünvana çağırış vərəqəsi göndərilsin.

Read Article

SMDT Gəncədə vətəndaş iştirakı ilə bağlı forum keçirib

Posted on 23.07.12

PDF faylını alÇapE-poçt

İyulun 23-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və ABŞ-ın Milli Demokratiya İnstitutunun dəstəyi ilə “Vətəndaş iştirakı və Seçkili Orqanların Hesabatlılığı” proqramı çərçivəsində Gəncə şəhərində Vətəndaş Forumu keçirib. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanda yerli və mərkəzi idarəetmədə vətəndaş iştirakını artırmaq,  yerli idarəetmə ilə bağlı vəziyyəti öyrənmək, vətəndaşlar arasında bu məsələ ilə bağlı maarifləndirmə işi aparmaq, vətəndaş-dövlət institutları arasında əlaqələri inkişaf etdirmək və vətəndaş iştirakının vacibliyini təbliğ etməkdir.

Forumda SMDT-nin İcraçı direktoru Bəşir Süleymanlı vətəndaş iştirakı ilə bağlı hüquqi qaydalar, idarəetmədə vətəndaş iştirakına təminat verən qanunlar barədə məlumat verib. Həmçinin, vətəndaşların seçkilərarası dövrdə idarəetmədə iştiraka həvəsləndirilməsi və yerli icmaların bacarıqlarının artırılmasının vacibliyini vurğulayıb.

Forumda Gəncə bölgə koordinatoru Asəf Əhmədov yerli problemlərin həllində icmaların rolu barədə danışıb.

Read Article

SMDT Sumqayıtda vətəndaş iştirakı ilə bağlı forum keçirib

Posted on 21.07.12

PDF faylını alÇapE-poçt

İyulun 20-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və ABŞ-ın Milli Demokratiya İnstitutunun dəstəyi ilə “Vətəndaş iştirakı və Seçkili Orqanların Hesabatlılığı” proqramı çərçivəsində Sumqayıtda Vətəndaş Forumu keçirib. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanda yerli və mərkəzi idarəetmədə vətəndaş iştirakını artırmaq,  yerli idarəetmə ilə bağlı vəziyyəti öyrənmək, vətəndaşlar arasında bu məsələ ilə bağlı maarifləndirmə işi aparmaq, vətəndaş-dövlət institutları arasında əlaqələri inkişaf etdirmək və vətəndaş iştirakının vacibliyini təbliğ etməkdir.

Forumda SMDT-nin Regionlarla İş üzrə Meneceri Cavid Nəbiyev proqram barədə iştirakçıları məlumatlandırıb. SMDT hüquqşünası Asima Nəsirli vətəndaş iştirakı ilə bağlı hüquqi qaydalar- vətəndaşların iştirakına təminat verən Azərbaycan Respublikasının Konstitusiyası, “Deputatın Statusu haqqında”, “ Bələdiyyələrin statusu haqqında”, “Vətəndaşların müraciətinə baxılması qaydası haqqında” qanunlar və “ Bələdiyyələrin Məhəlli Komitələri haqqında Nümunəvi” Əsasnamədə nəzərdə tutulan müddəalar barədə çıxış edib. Adı çəkilən qanunlarda vətəndaşların yerli problemlərin həlli ilə bağlı hüquq və vəzifələrinə diqqət çəkib.

Read Article

SMDT Lənkəranda və Beyləqanda vətəndaş iştirakı ilə bağlı forum keçirib

Posted on 19.07.12

PDF faylını alÇapE-poçt

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və ABŞ-ın Milli Demokratiya İnstitutunun dəstəyi ilə “Vətəndaş iştirakı və Seçkili Orqanların Hesabatlılığı” proqramı çərçivəsində iyulun 16-da Lənkəranda, iyulun 18-də Beyləqanda Vətəndaş Forumu keçirib. Forumlarda iştirakçılara idarəetmədə vətəndaş iştirakı ilə bağlı Toplu paylanılıb. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanda yerli və mərkəzi idarəetmədə vətəndaş iştirakını artırmaq,  yerli idarəetmə ilə bağlı vəziyyəti öyrənmək, vətəndaşlar arasında bu məsələ ilə bağlı maarifləndirmə işi aparmaq, vətəndaş-dövlət institutları arasında əlaqələri inkişaf etdirmək və vətəndaş iştirakının vacibliyini təbliğ etməkdir.

Forumda SMDT-nin İctimai Əlaqələr üzrə Meneceri Afaq Aslanova proqram barədə iştirakçıları məlumatlandırıb. SMDT hüquqşünası Asima Nəsirli vətəndaş iştirakı ilə bağlı hüquqi qaydalar- vətəndaşların iştirakına təminat verən Azərbaycan Respublikasının Konstitusiyası, “Deputatın Statusu haqqında”, “ Bələdiyyələrin statusu haqqında”, “Vətəndaşların müraciətinə baxılması qaydası haqqında” qanunlar və “ Bələdiyyələrin Məhəlli Komitələri haqqında Nümunəvi” Əsasnamədə nəzərdə tutulan müddəalar barədə çıxış edib. Adı çəkilən qanunlarda vətəndaşların yerli problemlərin həlli ilə bağlı hüquq və vəzifələrinə diqqət çəkib.

Read Article

Limon Tour World Guide Tranzito