1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT bölgələrdə vətəndaş iştirakı ilə bağlı forumlar keçirir

Posted on 12.07.12

PDF faylını alÇapE-poçt

İyulun 10 və 11-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş  İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində Göyçay və Şəkidə Vətəndaş Forumu keçirib. Forumlarda  QHT, siyasi partiya və Həmkarlar İttifaqları, KİV nümayəndələri, bələdiyyə üzvləri,  gənclər, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər. Forumlar zamanı əsasən 3 mövzu- vətəndaş iştirakı ilə bağlı hüquqi qaydalar, vətəndaşlar və seçkili hakimiyyət orqanları arasında əlaqələr, yerli səviyyəli məsələlər üzrə qərar qəbulu prosesində şəffaflıq barədə müzakirələr aparılıb.

 

SMDT-nin hüquqşünası Asima Nəsirli vətəndaş iştirakı ilə bağlı hüquqi qaydalar, Azərbaycan Respublikasının Konstitusiyası, “Deputatın statusu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunlar və “Bələdiyyələrin məhəlli Komitələri haqqında Nümunəvi” Əsasnamədə nəzərdə tutulan müddəalar barədə məlumat verib. Həmçinin yerli idarəetməni təşkil edən orqanlar tərəfindən vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin etmək vəzifələri və bu yerli səviyyəli məsələlər üzrə qərar qəbulu  prosesində  şəffaflıq, yerli idarəetməni həyata keçirən orqanların qəbul etdiyi qərarlar barədə vətəndaşlar və yerli icmaların məlumatlılığı barədə məlumat verib.

Read Article

SMDT Siyasi azadlıqlarla bağlı ictimai müzakirələr keçirir

Posted on 25.06.12

PDF faylını alÇapE-poçt

SMDT “Siyasi iştirakın  monitorinqi və vətəndaşlara siyasi hüquqların təlimi” proqramını həyata keçirir. Proqramın  əsas məqsədi siyasi iştirakla bağlı problemləri müəyyənləşdirmək, həmin problemlərin həlli yollarını müzakirə etmək, ölkədə ictimai-siyasi proseslərin monitorinqini aparmaq və siyasi azadlıqlarla bağlı maarifləndirmə işləri həyata keçirməkdir.

Hazırda SMDT proqram çərçivəsində bölgələrdə siyasi iştirakla bağlı Vətəndaş Forumları həyata keçirir. İyunun 18-də Göyçayda, 19-da Gəncədə, 20-də Bərdədə, 21-də Şəkidə, 22-də Bakıda, 23-də Sumqayıtda, 24-də isə Quba şəhərində yerli QHT-lərin, siyasi partiyaların yerli şöbələrinin, gənclərin, tələbələrin, jurnalistlərin və digər fəalların iştirakı  ilə “Siyasi azadlıqların durumu” mövzusunda vətəndaş forumları keçirilib. Forumlarda siyasi azadlıqlar və siyasi iştirak, siyasi azadlıqlara qoyulan məhdudiyyətlər müzakirə olunub. SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı siyasi idaretmədə iştirakla bağlı milli qanunvericilik, o cümlədən Azərbaycanın qoşulduğu beyunəlxalq sənədlər, siyasi azadlıqlar bağlı məhdudiyətlər və vətəndaşların siyasi idarəetmədə mümkün iştirak imkanları barədə məlumat veirb.

Forum iştirakçıları siyasi iştirak və siyasi azadlıqlarla bağlı vəziyyətin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürüblər. Forumlar zamanı iştirakçılara siyasi azadlıqlar və siyasi iştirakla bağlı qaydalardan ibarət toplular paylanılıb. Həmçinin siyasi azadlıqların durumu ilə bağlı forum iştirakçıları arasında sorğu keçirilib. Qeyd edək ki, SMDT forumlarda fəal iştirak edən şəxsləri gələcəkdə təşkil olunacaq Siyasi təşkilatlanma üzrə bacarıqların artırılmasına dair seminarlara cəlb edəcək.

 

Media və İctimai Əlaqələr Departamenti

Read Article

SMDT Siyasi İştirakla bağlı durumun monitorinqini aparir

Posted on 19.06.12

PDF faylını alÇapE-poçt

SMDT respublikanın 10 bölgəsində  “Siyasi iştirakın  monitorinqi və vətəndaşlara siyasi hüquqların təlimi” proqramını həyata keçirir. Proqramın  əsas məqsədi siyasi iştirakla bağlı problemləri müəyyənləşdirmək, həmin problemlərin həlli yollarını müzakirə etmək, ölkədə ictimai-siyasi proseslərin monitorinqini aparmaq və siyasi azadlıqlarla bağlı maarifləndirmə işləri həyata keçirməkdir.

Hazırda SMDT proqram çərçivəsində bölgələrdə siyasi iştirakla bağlı vətəndaş forumları həyata keçirir. Məsələn, iyunun 14-də Masallıda, iyunun 15-də Beyləqanda, iyunun 18-də isə Göyçayda siyasi fəaliyyətlə məşğul olan şəxslərin iştirakı  ilə “Siyasi azadlıqların durumu” mövzusunda vətəndaş forumları keçirilib. Həmin forumlarda siyasi azadlıqlar və siyasi iştirak, siyasi azadlıqlara qoyulan məhdudiyyətlər müzakirə olunub. Forum iştirakçıları tərəfindən siyasi iştirak və siyasi azadlıqlarla bağlı vəziyyətin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürüblər. Forumlar zamanı iştirakçılara siyasi azadlıqlar və siyasi iştirakla bağlı qaydalardan ibarət toplular paylanılıb. Qeyd edək ki, SMDT forumlarda fəal iştirak edən şəxsləri gələcəkdə təşkil olunacaq Siyasi təşkilatlanma üzrə  bacarıqların artırılmasına dair seminarlara cəlb edəcək.

Read Article

Yeni veb portal yaradılıb

Posted on 27.04.12

PDF faylını alÇapE-poçt

"Vətəndaş iştirakı və seçkili orqanların hesabatlılığını artırılması” layihəsi  çərçivəsində, vətəndaşların yerli və milli problemlərini işıqlandırmaq, ictimaiyyətə çatdırmaq, hüquqi yardım təşkil etmək, yerli və mərkəzi seçkili orqanların, bələdiyyələr və Parlamentin fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasına nail olmaq məqsədilə yeni veb portal “gozetci.az” (com,org) saytı yaradılıb. Portalda SMDT-nin fəaliyyəti ilə bağlı bölgələrdə keçirəcəyi Forumlar, yerli problemlərin həllində vətəndaşların bacarıqlarının artırılması üçün məlumatlar yerləşdiriləcək. Bununla yanaşı, Vətəndaş Məsləhət Şuralarının və Parlament- Vətəndaş münasibətlərindəki mövcud problemlərin həlli istiqamətində fəaliyyət göstərəcək İctimai Şuranın fəaliyyəti ilə bağlı materiallar da sayta yerləşdiriləcək.

Xatırladaq ki, SMDT Avropa İttifaqının dəstəyi ilə “Vətəndaş iştirakı və seçkili orqanların hesabatlılığını artırılması” layihəsini Demokratik Jurnalistika Məktəbi və Almaniyanın European Exchange təşkilatı ilə birgə həyata keçirir.

Read Article

Seçkilrəin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Bölgələrdə sorğu keçirir

Posted on 27.04.12

PDF faylını alÇapE-poçt

Sorğu  Avropa İttifaqının dəstəyi ilə “Vətəndaş iştirakı və seçkili orqanların hesabatlılığını artırılması” layihəsi  çərçivəsində Azərbaycanın 10 bölgəsində -Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Şəki, Mingəçevir, Sabirabad, Beyləqan, Göyçay və Qubada həyata keçiriləcək. Sorğunun keçirilməsində məqsəd  vətəndaşların dövlət idarəçiliyində iştirakını öyrənməkdir.  Sorğunun nəticələri əsasında həmin bölgələrdə 20 dəfə İctimai Müzakirələr keçiriləcək. Müzakirələr ərəfəsində  sorğunun nəticələri də  müzakirə ediləcək. Daha sonra  iştirakçılar üçün dövlət idarəçiliyində iştiraka dair toplu nəşr ediləcək, sonrakı mərhələdə həmin mövzuda  vətəndaşların bilik və bacarıqlarını artırmaq üçün seminarlar keçiriləcək.  İştirakçılar arasıdan seçki yolu ilə Yerli Məsləhət Şuraları yaradılacaq, onlara yerli problemlərin həlli ilə bağlı təlimlər keçiriləcək, Şuraların fəalları arasından isə parlament Vətəndaş əlaqələrinə dair İctimai Şura yaradılacaq. Bundan başqa, ictimai vəkillik kampaniyası aparılacaq və radio müzakirələr, debatlar təşkil ediləcək.

SMDT aprel ayından etibarən 125 seçki dairəsi üzrə  təsadüfi yolla seçilmiş 150 seçki məntəqəsində 1200 respondent arasında ölkəmizdə səsvermə hüququ olan vətəndaşların seçkili hakimiyyət orqanlarının formalaşması və fəaliyyətində iştirak səviyyəsini öyrənmək, Azərbaycanda vətəndaşların ictimai təşəbbüs göstərmə bacarıqlarının inkişafına yardım etmək məqsədilə anket sorğusu həyata keçirir.  Anket Sorğusu nəticəsində əldə olunan məlumatlar ümumiləşdirərək təhlil ediləcək, nəticələr Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin inkişafı istiqamətində təkliflərin hazırlanmasına yönələcək.

Sorğuya 20 yaşı tamam olmuş, ümumi sayı 1200 nəfər olmaqla Azərbaycan Respublikası vətəndaşları cəlb olunacaqlar. İştirakçılarn 50%-nin qadın olması təmin ediləcək. Sorğu SPSS proqramı vasitəsilə analiz ediləcək. Nəticələr may ayının sonlarında SMDT tərəfindən ictimaiyyətə açıqlanacaq. Qeyd edək ki, sorğunun keçirilmə metodologiyası peşəkar sorğu standartlarına uyğundur və vətəndaşlara verilən suallar yerli və xarici ekspertlər, sosioloqlar tərəfindən müəyyənləşdirilib. Sorğunun təşkili metodologiyası ABŞ-ın Milli Demokratiya İnstitutu  SMDT-yə böyük dəstəyilə hazırlanıb.

Read Article

Limon Tour World Guide Tranzito