1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin həbsi ilə bağlı Bəyanat verib

Posted on 23.04.12

PDF faylını alÇapE-poçt

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 19 aprel 2012-ci ildə “Kür”Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru, Demokratik İslahatlar Uğrunda Cəmiyyətin sədri Oqtay Gülalıyev barəsində Sabirabad rayon prokurorluğu tərəfindən cinayət işinin başlanmasını və onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsini pisləyərək, bunu Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı növbəti təzyiq kimi qiymətləndirir.

Qeyd edək ki, Oqtay Gülalıyev 2010-cu ilin yayından Kür çayının daşması nəticəsində yaranan fəlakətinin nəticələrinin aradan qaldırılması və bu hadisədən əziyyət çəkən insanların dövlət dəstəyi ilə təmin olunması ilə fəal məşğul olub. 2010-cu ilin mayında baş vermiş daşqın zamanı Azərbaycanın 8 rayonunda 100 min hektardan çox ərazi və 20 min ev su altında qalıb. Qərargah maliyyə mənimsəməsi, korrupsiya və yerli icra orqanlarının yanlış tədbirləri ilə bağlı çoxsaylı faktların müəyyən edilməsi, habelə minlərlə sakinin kompensasiyalarının, mənzil və dövlətin digər yardımlarının verilməsinə hüquqi-texniki yardım edib.

Read Article

Siyasi azadlıqların durumu mövzusunda İctimai Forum keçirilib

Posted on 02.03.12

PDF faylını alÇapE-poçt

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 29 fevral 2012-ci ildə ”Azərbaycanda Siyasi Azadlıqların Durumu” mövzusunda İctimai Forum keçirib.

Tədbirdə ifadə azadlığı, ictimai-siyasi fəaliyyət imkanları, siyasi fəaliyyət zəminində təzyiqlər və siyasi məhbuslar problemləri üzrə müzakirələr aparılıb. İctimai Forumda yerli media təmsilçiləri, siyasi partiya və QHT nümayəndələri ilə yanaşı müxtəlif xarici təşkilatların və xarici dövlətlərin səfirlik nümayəndələri də iştirak edib.

Forum siyasi azadlıqlarla bağlı 3 ayrıca mövzu üzrə müzakirələr formasında təşkil edilib.

 

“Azərbaycanda ifadə azadlığı: internet, elektron və çap medianın durumu” mövzusu üzrə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) hüquqşünası Günay İsmayılova çıxış edərək, söz və mətbuat azadlığının hazırki vəziyyəti, müstəqil medianın inkişafı sahəsində çətinliklər, internet, elektron və çap mediası üzərində siyasi nəzarətin aradan qaldırılması imkanları barədə rəy və təkliflər bildiriblər.

Read Article

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin Sumqayıt şəhərində Ümid və Xalq Cəbhəsi partiyalarına edilmiş təzyiqlərlə bağlı bəyənat verib

Posted on 23.01.12

PDF faylını alÇapE-poçt

Bəyanatda SMDT Ümid partiyasının Sumqayıt şəhər təşkilatının yerləşdiyi ofisdən zorla çıxarılmasını pisləyir və bu hadisəni Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan birləşmək və bərabərlik hüquqlarının, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərdə tutulan yığıncaqlar və birləşmək azadlığı və ayrı-seçkiliyin qadağan olunması hüquqlarının pozulması kimi qiymətləndirir.

 

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası 15 yanvar 2012-ci ildə Ümid partiyasının Sumqayıt şəhər təşkilatının ofisində partiya fəalları ilə görüşü  keçirilib. Həmin hadisədən sonra görüşdə iştirak edən AXCP fəallarını polis saxlamış, yanvarın 17-də isə Sumqayıt şəhər təşkilatının fəaliyyət göstərmək üçün  icarəyə götürdüyü obyektin mülkiyyətçisi partiyanın yerli təşkilatından ofisi təcili şəkildə boşaltmağı tələb etmişdir.

 

SMDT yuxarıda sözügedən hər iki hadisəni siyasi fəaliyyəti qanunvericiliyə zidd olaraq məhdudlaşdırmaq kimi dəyərləndirir və Azərbaycan hökumətini bütün siyasi partiyaların bərabər fəaliyyət göstərməsi üçün şərait yaratmağa və siyasi fəaliyyətə qanunsuz müdaxilərlərə yol verməməyə çağırır.

Read Article

SMDT “Siyasi partiyalar haqqında” qanun layihəsinə dair rəyini açıqlayıb

Posted on 06.12.11

PDF faylını alÇapE-poçt

SMDT  “Siyasi partiyalar haqqında” qanun layihəsinə dair rəyini açıqlayıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycan Respublikası Milli Məclisində müzakirəsi nəzərdə tutulan “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsini araşdıraraq, bu sənəd üzərində dəyərləndirmə aparıb.

Xatırladaq ki, “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi 2011-ci ilin iyul ayında Azərbaycan Respublikası Prezident Administrasiyasının təşəbbüsü ilə Avropa Şurasının Venesiya Komissiyasına təqdim edilib. 2011-ci ilin  oktyabrında sözügedən  qanun layihəsinə düzəlişlər edilməsi ilə bağlı Avropa Şurasının Venesiya Komissiyasının (AŞVK) ekspertləri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında işçi görüş keçirilib.

SMDT təəsüflə bilidiri ki, adıçəkilən sənəd AŞVK-ya təqdim olunduğu halda indiyədək ölkə ictimaiyyətinə, habelə parlament üzvləri və siyasi partiyalara açıqlanmayıb, bununla bağlı ictimai müzakirələr keçirlməyib.

Qeyd edək ki, Azərbaycanda hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanun  3 iyun 1992-ci ildə qəbul edilib.  Ötən 19 il ərzində ölkədə Konstitusiya qəbul olunub və Konstitusiyaya dəyişikliklər üzrə 2 dəfə referendum keçirilib, siyasi münasibətləri tənzimləyən müxtəlif qanunlar qüvvəyə minib. Eyni zamanda ölkədə siyasi proseslərlə bağlı dəyişikliklər baş verərək, bu qanuna əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranıb.

Rəylə burdan tanış ola bilərsiniz.

Read Article

SMDT-nin sedri Milli Meclise mektub gonderib

Posted on 26.05.11

PDF faylını alÇapE-poçt

Mayın 26-da, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli Milli Məclisə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin təqdim olunması barədə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədova məktub ünvanlayıb.

Read Article

Limon Tour World Guide Tranzito