1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

Namizəd seçicilərlə görüşü barədə polisə məlumat verməlidir

Posted on 01.11.10

PDF faylını alÇapE-poçt

İstənilən namizəd seçicilərlə görüş keçirən zaman bu barədə polisə məlumat verməlidir. Bu barədə Mərkəzi Seçki Komissiyasının şənbə günü keçirilən iclasında komissiya sədri Məzahir Pənahov deyib, Trend xəbər agentliyi məlumat verir.

"Çünki asayişin təmin olunması təkcə namizədin işi deyil. Orada hər hansı bir hadisə baş versə, həmin namizəd bizi məhkəməyə verə bilər. Polisin orada iştirakı onun prosesə müdaxil etməsi deyil" - Pənahov əlavə edib.

Read Article

MSK bəzi dairələr üzrə yenidən bülleten nəşr etdirəcək

Posted on 01.11.10

PDF faylını alÇapE-poçt

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) bəzi dairələr üzrə yenidən bülleten nəşr etdirəcək. Bu barədə bazar ertəsi Trend-ə MSK katibi Natiq Məmmədov bildirib.

"Namizədliyi Apelyasiya Məhkəməsinin qətnaməsindən sonra qeydiyyata alınmış namizədlərin adları mütləq bülletenlərdə olmalıdır. Bir az maliyyə xərcləri çəkiləcək, amma buna baxmarayaraq şəxslərin hüquqları təmin olunmalıdır. Bülletenlər verilməyən dairələrdə problem yoxdur. Hansı seçki dairələrinə artıq bülletenlər verilibsə, həmin dairələrdə bülletenlərin dəyişdirilməsi ilə bağlı tədbirlər görülməlidir", - Məmmədov əlavə edib.

Read Article

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ikinci aralıq hesabatını açıqlayıb

Posted on 01.11.10

PDF faylını alÇapE-poçt

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçki kampaniyasının gedişi ilə bağlı ikinci aralıq hesabatını açıqlayıb.

16-26 oktyabr aralığını əhatə edən hesabatda 7 noyabr parlament seçkisinə qatılan namizədlərin, özəlliklə müxalif qeydiyyatından imtina olunması tənqid edilir: “MSK namizədliyin qeydiyyata alınmasından imtina olunması ilə bağlı 224 şikayətə baxıb və onlardan 42-si təmin olunub. Bakı Apellyasiya Məhkəməsi 50-dən çox şikayətə baxıb və onların heç birini təmin etməyib.

Missiya seçicilərin bu və ya digər namizədə verdiyi imzalardan imtina etmələrindən ötrü qorxudulması və onlara, həmçinin namizədlərə, onların qohumlarına və nümayəndələrinə birbaşa təzyiqlərin göstərilməsi barədə məlumatlar alıb. İcra hakimiyyəti işçilərinin seçicilərə təzyiq göstərilməsi və onların qorxudulması seçki komissiyalarının müstəqilliyini şübhə altına alır”.

“Turan”ın məlumatına görə, hesabatda qeyd olunur ki, KİV hakimiyyətin fəaliyyətinə geniş yer verir, müxalifət namizədlərinin işıqlandırılması isə məhdudlaşdırılıb: AzTV-nin televiziya reportajlarında hakimiyyətin fəaliyyəti yalnız müsbət tərəfdən işıqlandırılır, müxalifət isə yalnız mənfi tərəfdən yada salınır. Müxalifət liderləri Dağlıq Qarabağı Ermənistana verməyə hazır olan satqınlar kimi təsvir olunur.

Hakimiyyət açıq havada namizədlərin seçicilərlə görüşü üçün kifayət qədər yer ayırmayıb. AXCP-Müsavat blokunun oktyabrın 17-də mitinq keçirməsinə icazə verilməyib”.

Read Article

SMDT hazırlıq seminarı keçirib

Posted on 26.10.10

PDF faylını alÇapE-poçt

Oktyabrın 25-də, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Demokratik Jurnalistika Mərkəzi (DJM) ilə birgə 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə yerli seçki müşahidəçiliyinin yüksək səviyyədə təşkilinə yardım məqsədilə ATƏT-in Bakı ofisinin texniki dəstəyi ilə “Seçki günü müşahidəçilərin hazırlanması” layihəsinə hazırlıq seminarı keçirib.

Siyasi partiyaların və müstəqil namizədlərin seçki qərargahının nümayəndələrinin iştirak etdiyi seminarda tərəfli müşahidəçiliyin əhəmiyyəti, seçki təcrübəsi və seçki prosesi üzərində ictimai nəzarət , o cümlədən seçki şikayətlərinin verilməsi və araşdırılması müzakirə olunub.

Layihənin məqsədi 7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkiləri zamanı müstəqil və siyasi partiyaları təmsil edən deputatlığa namizədləri təmsil edən müşahidəçilərin bacarıqlarının artırılması və seçki prosesi üzərində ictimai nəzarətin gücləndirilməsinə yardım etməkdir. SMDT layihə çərçivəsində ölkənin 5 bölgəsində 10 seminar keçirəcək və seçki günü müşahidəçiliyə dair 300 nüxsə toplu nəşr edəcək.

Layihə çərçivəsində keçiriləcək seminarlarda əsasən yerli müşahidəçiliyin əhəmiyyəti və əvvəlki seçkilərdə müşahidəçilik təcrübəsinə dair müzakirələr aparılacaq, o cümlədən müşahidəçiliyə dair yerli və beynəlxalq qaydalar və seçki günü müşahidəçiliyin təşkili strukturuna dair məlumatlar veriləcək.

Bu seminarlarda SMDT Dairə Seçki Komissiyalarında qeydiyyat keçmiş müstəqil namizədləri, seçki bloku və siyasi partiyalardan olan şəxsləri cəlb etməklə ümumilikdə 200 nəfərin iştirakını təmin edəcək. Seminarlar ölkənin Bakı, Gəncə, Sumqayıt, Beyləqan və Göyçay bölgələrində yerləşən 25 seçki dairəsi üzrə keçiriləcək.

Read Article

732 nəfərin namizədliyi qeydə alınıb

Posted on 20.10.10

PDF faylını alÇapE-poçt

7 noyabr parlament seçkisinə qatılan 732 nəfərin namizədliyi qeydə alınıb. “Media forum” saytının məlumatına görə, bu rəqəmi Mərkəzi Seçki Komissiyasının oktyabrın 19-da keçirilən iclasında qurumun sədri Məzahir Pənahov açıqlayıb.

Seçkiyə partiya və blok kimi qoşulmuş təşkilatlardan danışan sədr Yeni Azərbaycan Partiyasından 111, AXCP-Müsavat blokundan 38, “İslahat” blokundan 31, “Qarabağ” blokundan 32, “İnsan naminə” blokundan 21, Klassik Xalq Cəbhəsi Partiyasından 30, Azərbaycan Milli İstiqlal Partiyasından 25, Demokratik Azərbaycan Dünyası Partiyasından 20, Ana Vətən Partiyasından 7, Müasir Müsavat Partiyasından 7, Azərbaycan Sosial Demokrat Partiyasından 2, Azərbaycan Milli Demokrat Partiyasından 2, Tərəqqi Partiyasından 1 nəfərin namizədliyinin qeydə alındığını bildirib.

MSK-nın iclasında AXCP-Müsavat seçki blokunun bülletenlərdə əks olunacaq emblemi də təsdiqlənib.

Read Article

Limon Tour World Guide Tranzito