1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT Birinci Aralıq Hesabatı açıqlayıb

Posted on 18.10.10

PDF faylını alÇapE-poçt

18 oktyabrda, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi üzrə uzunmüddətli müşahidəçiliyin nəticələrinə dair Birinci Aralıq Hesabatı açıqlayıb.

7 noyabr 2010-cu il parlament seçkilərinin ilkin mərhələsi - namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi üzrə SMDT-nin müşahidələri göstərir ki, bu mərhələdə baş vermiş qanun pozuntuları bu prosesin qanuniliyini şübhə altına alır, bununla da parlament seçkilərinin hazırkı mərhələsi azad, ədalətli və demokratik hesab edilə bilməz.

SMDT təəssüflə qeyd edir ki, bir çox hallarda imzaların yoxlanılması zamanı yaradılmış ekspert qruplarının fəaliyyəti qeyri-peşəkar olub, proseslərin şəffaflığı təmin olunmayıb, DSK və MnSK-lar davamlı olaraq fəaliyyət göstərməyib. Bundan əlavə namizədlər üçün imzatoplayan şəxslər və imza verən seçicilərə kütləvi təzyiq halları qeydə alınıb.

Aralıq hesabatı namizədlərin irəli sürülməsi, imzatoplama kampaniyası, seçki komissiyalarının fəaliyyəti və namizədlərin qeydiyyatı prosesini əhatə edib, həmçinin seçkiqabağı siyasi-hüquqi muhiti,  Qeyd edək ki, SMDT 76 uzunmüddətli müşahidəçi vasitəsilə 125 dairədə seçki prosesinin müşahidəsini aparır.

Hesabatla tanış olmaq üçün

Read Article

Bütün namizədlərə İctimai Televiziyada pulsuz efir vaxtı veriləcək

Posted on 15.10.10

PDF faylını alÇapE-poçt

“Parlament seçkisinin təbliğat-təşviqat kampaniyasında namizədliyini irəli sürən bütün namizədlərə İctimai Televiziyada pulsuz efir vaxtı veriləcək”. “Media forum” saytının məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov belə deyib.

MSK-nın oktyabrın 15-də keçirilən iclasında məsələ müzakirə olunub. MSK sədri Məzahir Pənahov deyib ki, bu gün axşam İctimai Televiziyada ilk çıxışlar olacaq: “Seçki Məcəlləsinin tələbinə görə, yalnız 60 seçki dairəsindən çox namizədi qeydə alınan partiya və bloklara efir vaxtı ayrılır. Amma MSK namizədlərə pulsuz efir vaxtı ayrılması haqda qərar verib. 60-dan artıq dairədə namizədi qeydə alınan siyasi partiya və bloklara ödənişsiz efir vaxtının ayrılması tələbi qüvvədə qalır. 60-dan artıq dairədə namizədi olan partiya və bloklar ödənişsiz təbliğat-təşviqat hüququndan istifadə edəcəklər. Amma MSK belə bir qərara gəlib ki, əlavə olaraq hər bir namizədə müəyyən efir vaxtının verilməsini təmin edək”.

Hər bir namizədə kampaniya dövründə 4 dəqiqə efir vaxtının ayrılması planlaşdırılıb.

Read Article

SMDT sədri Anar Məmmədli 22 siyasi partiya liderinə müraciət edib

Posted on 15.10.10

PDF faylını alÇapE-poçt

Oktyabrın 15-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli 7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkilərində iştirak edəcək 22 siyasi partiya liderinə müraciət edib.

Read Article

SMDT “Siz azad və ədalətli seçkilər üçün nə edə bilərsiz?” və “Azad Seçki Firəvan Həyata Aparan Yoldur!” adlı nəşrləri hazırlayıb

Posted on 12.10.10

PDF faylını alÇapE-poçt

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 7 Noyabr Parlament seçkiləri öncəsi seçicilərin maarifləndirilməsi lahiyəsi çərçivəsində “Siz azad və ədalətli seçkilər üçün nə edə bilərsiz?” və “Azad Seçki Firəvan Həyata Aparan Yoldur!” adlı nəşrləri hazırlayıb.

Ümumilikdə, 30000 nüsxədə çap olunan nəşrlərdə seçicilərin hüquqları, müşahidəçilik, seçici siyahıları və seçki şikayətləri barədə məlumatlar öz əksini tapıb.

Təşkilat vətəndaşları seçkilərdə iştaraka çağıran bu çap materiallarını 12 regionda onunla əməkdaşlıq edən yerli vətəndaş qrupları və könüllülər vasitəsilə 125 dairənin seçiciləri arasında paylamağı planlaşdırır.

Read Article

392 nəfər namizəd kimi qeydiyyata alınıb

Posted on 08.10.10

PDF faylını alÇapE-poçt

Bu günədək 392 nəfər Azərbaycanda parlament seçkilərində namizəd kimi qeydiyyata alınıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü Komissiyanın iclasında bildirib.

"Dairə seçki komissiyalarına Azərbaycanda parlament seçkilərində deputat mandatı uğrunda mübarizəyə hazır olan 1411 namizəd müraciət edib, onlardan 1369 nəfəri MSK-dan imza vərəqələri alıb", - Pənahov bildirib.

Bu günədək MSK seçkilərin gedişini izləmək üçün 973 yerli müşahidəçini qeydiyyata alıb.

Siyasi partiya və bloklardan 2088 müşahidəçi dairə seçki komissiyalarına müraciət edib.

Read Article

Limon Tour World Guide Tranzito