1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

15 Media təşviqat mərhələsində iştirak üçün rəsmi müraciət edib

Posted on 28.09.10

PDF faylını alÇapE-poçt

15 Media  təşviqat mərhələsində iştirak üçün rəsmi müraciət edibMərkəzi Seçki Komissiyasından “Media forum” saytına verilən məlumata görə, sentyabrın 27-dək 15 media quruluşu 7 noyabr parlament seçkisinin təşviqat mərhələsində iştirak üçün rəsmi müraciət edib.

Bunlar “Reytinq”, “Üç nöqtə”, “Yeni Müsavat”, “Qələbə”, “Xalq Cəbhəsi” qəzetləri, “Qafqazinfo.az”,“Vesti.az”, “Lent.az”, “Deputat.az” saytları, “Trend”, “Azadinform”, MİA, “Azəri-Press” informasiya agentlikləri, “Day.az” media şirkəti və "Antenn" Müstəqil Teleradio Kompaniyasıdır.

Read Article

Bu günə 54 nəfər namizəd kimi qeydiyyatdan keçib

Posted on 28.09.10

PDF faylını alÇapE-poçt

"Bu günə 54 nəfər namizəd kimi qeydiyyatdan keçib", - Pənahov deyib. Trend informasiya agentliyinin verdiyi məlumata əsasən, Dairə seçki komissiyalarına Azərbaycanda keçiriləcək parlament seçkiləri zamanı deputat mandatı uğrunda mübarizəyə hazır olan 1152 namizəd müraciət edib, onlardan 1092-si MSK-dan imza vərəqələri alıb, 200-ü isə artıq onları dolduraraq MSK-ya təqdim ediblər. Bu barədə bazar ertəsi Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, əvvəl deputatlığa namizədliyini irəli sürən 21 nəfər artıq namizədlikdən imtina edib.

Bu günə kimi, MSK seçkilərin gedişini müşahidə etmək üçün 460 yerli müşahidəçini qeydiyyata alıb. Xatırladaq ki, SMDT müşahidəçi olmaq istəyən vətəndaşların MSK və DSK-larda qeydiyyatdan keçməsi üçün hüquqi və texniki yardım göstərir.

Bazar ertəsi MSK-nın iclasında siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydiyyata alınıb, həmçinin 75-ci Lənkəran-Masallı seçki dairəsinin tərkibinə dəyişikliklər edilib.

Read Article

100 nəfərin namizədliyi qeydə alınıb

Posted on 27.09.10

PDF faylını alÇapE-poçt

Mərkəzi Seçki Komissiyasından AzərTAc-a verilən məlumata əsasən, sentyabrın 26-dək dairə seçki komissiyaları 1100 nəfərin namizədliyini qeydə alıb. İmza vərəqələri götürən 1041 nəfərdən 144-ü sənədləri dairə seçki komissiyalarına qaytarıb. İndiyədək 19 nəfər DSK-lara müraciət edərək namizədliyini geri götürüb.

MSK-ya parlament seçkilərini müşahidə etmək istəyən 460 nəfər müraciət edib. Bütün müraciətlər Komissiya tərəfindən bəyənilib. Bu barədə Trend informasiya agentliyi Azərbaycan MSK-nın şənbə günü yayılan məlumatına istinadan xəbər verir.

Qeydə alınan müşahidəçilərin 29 nəfəri xüsusi icazə alan, 338-i öz şəxsi təşəbbüsü, 40-ı Ombudsman Aparatından, 39-u siyasi partiyaların təşəbbüsü ilə, 14-ü isə QHT-lərdən olan müşahidəçilərdir.

Bütün ölkə üzrə seçkiləri müşahidə etmək istəyənlər üçün sənədlər oktyabrın 28-dək qəbul edilir.

Müşahidə üçün dairəni müəyyənləşdirən və Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçən müşahidəçi noyabrın 2-dək müvafiq seçki komissiyasına müraciət etməlidir.

SMDT seçkilərdə müşahidəçi olmaq istəyən vətəndaşlara hüquqi və texniki yardım göstərir. Indiyənədək, 200-ə yaxın vətəndaşın səədləri MSK-ya təqdim olunub. Onlardan 65-i artıq müşahidəçi lövhəsi ilə təmin olunub.

Read Article

MSK seçki ilə bağlı 13 adda plakatlar çap etdirib

Posted on 27.09.10

PDF faylını alÇapE-poçt

Mərkəzi Seçki Komissiyası Milli Məclisə noyabrın 7-də keçiriləcək seçki ilə bağlı 13 adda plakatlar çap etdirib. Komissiyanın mətbuat xidməti rəhbəri Azər Sarıyev AzərTAc-a deyib ki, maarifləndirici, səsverməyə çağırış, seçici siyahıları ilə bağlı məlumatlandırıcı xarakterli bu plakatlar dairə seçki komissiyalarına göndərilib.

MSK sözçüsü onu da diqqətə çatdırıb ki, plakatların, seçici siyahılarının, eləcə də deputatlığa namizədlərin təbliğat materiallarının tarixi mədəniyyət abidələrinin üzərinə, muzey binalarına, dövlət və hakimiyyət strukturlarının binalarına yapışdırılması qanunla qadağandır.

Read Article

SMDT Naxçıvanda uzunmüddətli müşahidəçilər üçün təlim keçirib

Posted on 24.09.10

PDF faylını alÇapE-poçt

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Naxçıvan şəhərində  7 noyabr parlament seçkiləri ilə bağlı uzunmüddətli müşahidəçi olmaq istəyən vətəndaşlar üçün təlim keçirib. Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunan təlimdə iştirakçılar uzunmüddətli müşahidəçiliyin aparılması, strukturu, hüquqi bazası, namizədlərin qeydiyyatı, imza toplama prosesi, seçki komissiyalarının fəaliyyəti barədə məlumatlandırılıb.

SMDT indiyədək Bakı, Gəncə, Sumqayıt, Göyçay, Mingəçevir, Beyləqan, Lənkaran, Xaçmaz, Şəki, Sabirabad rayonlarında 80 uzunmüddətli müşahidəçi üçün 12 təlim keçirib.

Təlimlərin başlıca məqsədi vətəndaşların seçki prosesinə cəlb olunması yolu ilə seçkilər üzərində vətəndaş nəzarətinin yaradılması və seçki kampaniyası dövründə müşahidəçiliyin təşkilidir.

Ümumilikdə, təşkilat seçki prosesini müşahidə etmək üçün Azərbaycanın 11 regionunda 125 seçki dairəsini əhatə etməklə 80 nəfər uzunmüddətli müşahidəçi ilə əməkdaşlıq edəcək.

Qeyd edək ki, SMDT həmçinin vətəndaşlara seçki komissiyalarında müşahidəçi kimi qeydiyyatdan keçmələri üçün hüquqi-texniki yardım edir.

Təlimdə Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karolin Broun və səfirliyin əməkdaşları da iştirak edib.

7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkiləri ilə bağlı SMDT-nin başlıca hədəfi vətəndaşların seçki prosesinə cəlb olunması yolu ilə, seçkilərin milli qanunvericilik və beynəlxalq standartlara uyğun və seçicilərin iradəsini əks etdirən qaydada təşkilinə yardım etməkdir.

Read Article

Limon Tour World Guide Tranzito