1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

MSK ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lərin siyahısını açıqlayıb

Posted on 24.09.10

PDF faylını alÇapE-poçt

MSK ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lərin siyahısını açıqlayıb

Mərkəzi Seçki Komissiyası noyabrın 7-də keçiriləcək parlament seçkilərində seçkiqabağı təşviqat aparmaq məqsədilə siyasi partiyalara və bloklara ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lərin siyahısını açıqlayıb.

Media Forum saytının verdiyi məlumata əsasən, siyasi partiyalar və blokların irəli sürdüyü namizədlər üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetlərində pulsuz efir və dərc yeri ayrılacaq.

 

Ödənişsiz efir vaxtı və dərc üçün yer seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara və ya siyasi partiyaların bloklarına şamil olunacaq.

“Adıçəkilən KİV-lər, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barədə məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən sonra, ən geci, 30 gün keçənədək dərc etməlidir. Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra, bu məlumat qanunla müəyyən edilmiş qaydada onlara da göndərilməlidir.” – MSK mətbuat katibi Azər Sarıyev Media Forum saytına bildirib.

Read Article

124 DSK-da 745 nəfərin namizədliyini təsdiq edilib

Posted on 23.09.10

PDF faylını alÇapE-poçt

Dairə seçki komissiyaları ölkə üzrə 125 seçki dairəsinin 124-dən 745 nəfərin namizədliyini təsdiq edib. AzərTac-ın Mərkəzi Seçki Komissiyasına istinad edərək yaydığı məlumatlara əsasən, namizədliyi təsdiq olunmuş şəxslərdən 673-ü imza vərəqəsi alıb və onlardan 19-u doldurulmuş imza vərəqələrini və digər zəruri sənədləri müvafiq DSK-lara təqdim ediblər.

Media Forum saytının  verdiyi məlumata əsasən 4 nəfər öz namizədliyini geri götürüb.

7 Noyabr 2010-cu ildə keçiriləcək Parlament Seçkilərinə 7 sentyabrda start verilib.

Read Article

Uzunmüddətli müşahidəçilər üçün təlimlər davam edir

Posted on 21.09.10

PDF faylını alÇapE-poçt

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) uzunmüddətli müşahidəçilər üçün təlimləri davam edir.

SMDT-nin təlimçiləri 18 Sentyabrda Sabirabad və Sumqayıtda, 20 Sentyabrda Bakıda uzunmüddətli müşahidəçilər üçün təlim keçib. Ümumilikdə 17 nəfərin iştirak etidiyi təlimlərdə uzunmüddətli müşahidəçiliyin aparılması, strukturu, hüquqi bazası və seçki komissiyalarının fəaliyyəti barədə məlumat verilib.

7 Sentyabr - seçki kampaniyasına rəsmən start verildiyi tarixdən etibarən SMDT Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Beyləqan, Göyçay, Xaçmaz, Sabirabad, Sumqayıt və Şəki rayonlarında 76 uzunmüddətli müşahidəçi üçün təlimlər təşkil edib.

Ümumilikdə, təşkilat seçki prosesini müşahidə etmək üçün Azərbaycanın 11 regionunda 125 seçki dairəsini əhatə etməklə 80 nəfər uzunmüddətli müşahidəçi ilə əməkdaşlıq edəcək.

SMDT vətəndaşlara seçki komissiyalarında müşahidəçi kimi qeydiyyatdan keçmələri üçün hüquqi yardım edir. Təşkilatın hüquqi texniki dəstəyi ilə 41 müşahidəçi MSK-da qeydiyyatdan keçib və 150-dən çox müşahidəçinin sənədləri MSK-ya təqdim olunub.

7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkiləri ilə bağlı SMDT-nin başlıca hədəfi vətəndaşların seçki prosesinə cəlb olunması yolu ilə seçkilərin milli qanunvericilik və beynəlxalq standartlara uyğun və seçicilərin iradəsini əks etdirən qaydada təşkilinə yardım etməkdir.

Read Article

YAP namizədlər siyahısını açıqladı

Posted on 20.09.10

PDF faylını alÇapE-poçt

Sentyabrın 18-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında partiyanın 7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədləri təsdiq olunub.Azadlıq radiosunun verdiyi məlumata əsasən YAP-ın namizədlər siyahısında 114 nəfərin - 24 qadın və 90 kişi namizədlərin adı yer alıb.


Tam siyahı ilə bu linkdə tanış ola bilərsiz.

Read Article

SMDT uzunmüddətli müşahidəçilər üçün təlimlər keçirir

Posted on 14.09.10

PDF faylını alÇapE-poçt

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) seçki kampaniyası elan edildiyi gündən etibarən uzunmüddətli müşahidəçilər üçün təlimlərə başlayıb.

9-14 sentyabrda, SMDT-nin təlimçiləri Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Beyləqan, Göyçay, Xaçmaz və Şəki rayonlarında 57 müşahidəçi üçün təlim keçib. Təlimlərdə uzunmüddətli müşahidəçiliyin aparılması, strukturu, hüquqi bazası və seçki komissiyalarının fəaliyyəti barədə məlumat verilib.

SMDT Bakı və Sumqayıt şəhərlərində daha 23 uzunmüddətli müşahidəçiyə təlim keçməyi planlaşdırır. Ümumilikdə, təşkilat seçki prosesini müşahidə etmək üçün Azərbaycanın 11 regionunda 125 seçki dairəsini əhatə etməklə 80 nəfər uzunmüddətli müşahidəçi ilə əməkdaşlıq edəcək.

SMDT vətəndaşlara seçki komissiyalarında müşahidəçi kimi qeydiyyatdan keçmələri üçün hüquqi yardım edir.

7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkiləri ilə bağlı SMDT-nin başlıca hədəfi vətəndaşların seçki prosesinə cəlb olunması yolu ilə seçkilərin milli qanunvericilik və beynəlxalq standartlara uyğun və seçicilərin iradəsini əks etdirən qaydada təşkilinə yardım etməkdir.

Read Article

Limon Tour World Guide Tranzito