1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

“Parlament seçkilərinə hazırlıq” mövzusunda “Vətəndaş forumu”

Posted on 10.08.10

PDF faylını alÇapE-poçt

7 avqustda Mingəçevir şəhərində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi “Parlament seçkilərinə hazırlıq” mövzusunda Vətəndaş forumu keçirib. Forumu açan SMDT-nin Mingəçevir bölgə koordinatoru Ehtiram MuradlıSMDT-nin təsis olunması, fəaliyyəti, məqsəd və missiyası barədə forum iştirakçılarına məlumat verib.

SMDT-nin sədri Anar Məmmədli ilk öncə təşkilatın üstünə düşən vəzifələrdən danışıb və son dövrlərdə siyasi-ictimai mühit haqqında fikirlərini bildirib: “Ölkəmizdə getdikcə QHT-lərin fəaliyyət göstərməsi üçün şərait ağırlaşır. Demokratik ölkədə siyasi partiyalar da, vətəndaş cəmiyyəti də güclü olur, insanların iradəsi ilə azad seçkilər keçirilir.” Həmçinin təşkilat sədri SMDT-nin qarşılaşdıqları problemlər haqqında danışıb: “Hazırda təşkilatımızın qeydiyyatı yoxdur. 2008-ci ildə qeydiyyatı ləğv olundu və biz yeni adla fəaliyyətimizi davam etdirdik. Hazırda qeydiyyatımızın ləğv olunması və yeni təşkilatın qeydiyyata alınmaması ilə bağlı məhkəmələrdə şikayətlərimizə baxılır.”

Read Article

“Parlament seçkilərinə hazırlıq” mövzusunda “Vətəndaş forumu”

Posted on 10.08.10

PDF faylını alÇapE-poçt

5 avqust 2010-cu ildə Gəncə şəhərində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi “Parlament seçkilərinə hazırlıq” mövzusunda “Vətəndaş forumu” keçirib. SMDT-nin Gəncə bölgə koordinator köməkçisi Orxan Məmmədov iştirakçıları salamlayıb və forumu açıq elan edib.

SMDT-nin sədri Anar Məmmədli təşkilatın yaranması, inkişaf tarixi və məqsədləri haqqında forum iştirakçılarına məlumat verib. Təşkilat sədri həmçinin çıxışında Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinin əhəmiyyətindən, seçkiqabağı siyasi, hüquqi vəziyyətdən, təşkilat olaraq SMDT-nin parlament seçkilərindən gözləntiləri, seçki qanunvericiliyinə olan dəyişikliklərin seçki prosesinə olan mənfi təsiri barədə məruzə edib.

 

Read Article

“Seçkilərdə müşahidəçiliyin əhəmiyyəti”

Posted on 04.08.10

PDF faylını alÇapE-poçt

İyulun 26-da Zaqatalada “Seçkilərdə müşahidəçiliyin əhəmiyyəti”mövzusunda Vətəndaş Forumu”keçirilib. SMDT-nin hüquqşunası Azər Qasımov tədbir iştirakçılarını müşahidəçilik prinsipləri, qaydaları, hüquq və vəzifələri barədə məlumatlandırıb.

Müsavat partiyasının Zaqatala rayon təşkilatının sədri Soltanov Saleh seçkidə müşahidəçiliyin əhəmiyyətini vurğulayaraq, demokratik seçkilərin keçirilməsi üçün hazırlıqlı və prinsipial müşahidəçilərin rolunu yüksək olduğunu bildirib.

Əhrar partiyasının Zaqatala rayon təşkilatının sədri Oktay Hacıyev gənclərin seçki prosesinə inamsızlıqlığından və biganəliyini qeyd edib. “Son vaxtlar gənclərin seçkiyə müşahidəçi kimi cəlb etmək çətinləşib” – Oktay Hacıyev əlavə edib.

 

 

Regionda müşahidəçiliyin təşkilinin vacibliyini və müstəqil insanların bu prosesə cəlb edilməsinin zəruriliyi bir daha iştirakçılar tərəfindən vurğulanıb.

Read Article

“QANUN TƏBLİĞATIN APARILMASINI QADAĞAN ETMİR”- SMDT-nin hüquqşünası Azər Qasımov

Posted on 28.07.10

PDF faylını alÇapE-poçt

Bü günlərdə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov mediaya açıqlamasında bildirib ki, təbliğat kampaniyası başlayanadək namizədlərin təbliğatı, habelə “Facebook” və digər internet sosial şəbəkələrdə təbliğatın təşkili qanunvericilikdə qadağan edilir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin  (SMDT) hüquqşünası Azər Qasımov MSK rəsmisinin açıqlamasını ilə bağlı narahatlığını ifadə edərərk, bildirib ki, bu cür hallar Seçki Məcəlləsi və digər normativ hüquqi aktlarda öz əksini tapmayıb. “Seçki Məcəlləsinin 75.2-ci maddəsində seçkiqabağı təşviqatın səsvermə gününə 23 gün qalmış başlaması və səsverməyə 24 saat qalmış dayandırılması göstərilib.  Bu da qeydə alınmış namizədin seçkiqabağı təşviqatını göstərir. Hər hansı bir (parlament, prezident, bələdiyyə seçkilərində) qeydiyyata alınmış namizəd yalnız seçkiyə 23 gün qalmış təbliğat kampaniyasına başlaya bilər. Ancaq qanun seçki kampaniyası başlayana qədər namizədliyini verməyi planlaşdıran hər hansı bir siyasi partiya üzvünün və ya bitərəf şəxslərin namizədliyini irəli sürəcəyi barədə istəyi və ya planının ictimaiyyətə aşıqlamasını heç bir halda qadağan etmir.”

Azər Qasımov həmçinin xatırladıb ki, Seçki Məcəlləsinin 74.2-ci maddəsində seçkiqabağı təşviqatın aparılması üsulları qeyd edilib. “Həmin müddəaya görə təşviqatı qanunla qadağan edilməyən digər üsullarla da həyata keçirmək olar. Buna görə də gələcəkdə seçkilər dövründə belə “facebook” sosial şəbəkəsində təşviqatın aparılması qanunla qadağan edilmir”.

 

SMDT nümayəndəsi bildirib ki, hazırda seçki prosesində hazırlığa dair hakimiyyətə yaxın siyasi partiya nümayəndələrinin televiziya, radio və yazılı mediada təbliğat xarakterli çıxışları müşahidə olunsa da, buna münasibət bildirilmir.

SMDT Şəkidə yerli iştirakla bağlı bacarıqların artırılması təlimi keçirib

Posted on 16.11.12

PDF faylını alÇapE-poçt

Noyabrın 9 – da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və ABŞ Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş İştirakı və Seçkili  orqanların Hesabatlılığı” proqramı çərçivəsində Şəkidə Vətəndaş cəmiyyəti fəallarının yerli idarəetmədə iştirakı üzrə bacarıqların artırılmasına dair təlim keçirib. Təlimdə siyasi partiyalar, QHT nümayəndələri, gənclər, yerli icmalar, Şəki şəhər Bələdiyyəsi, SMDT könüllüləri, və digər vətəndaş cəmiyyəti fəalları iştirak edib. Təlimin birinci hissəsində layihə barədə təlim iştirakçılarına məlumat verilib. Vətəndaş iştirakı formaları və iştirakın hüquqi bazaları barədə geniş təlim sessiyası keçirilib. İştirakçılara fərdi və kollektiv qaydada iştirak, seçkilərdə iştirak, siyasi partiyaların fəaliyyətində iştirak, Qeyri – hökümət təşkilatlarında iştirak, Bələdiyyələrin fəaliyyətlərində iştirak, Məhəlli komitələrdə iştirak, Dövlət strukturlarının hesabatlılıq və şəffaflığın təmin edilməsi, Millət vəkili və bələdiyyə üzvlərinin fəaliyyətində hesabatlılığının prinsipləri barədə məlumat verilib.

 

Read Article

Limon Tour World Guide Tranzito